Qəbul edilən yeni qanuna əsasən, qadın və kişinin cinsi fəaliyyətini dayandıran və demoqrafik göstəricini aşağı sala biləcək tibbi əməliyyatların həyata keçirilməsi qadağan edilir. Qanuna tabe olmayan həkimlər haqqında isə ağır cəza tədbirləri görüləcək.
Məclisdə yer alan 231 millət vəkilindən 143-nün razılığı ilə qəbul edilən qanun çərçivəsində bütün media və mətbuat orqanlarında hamiləlik testi reklamına yer verilməyəcək.
Qeyd edək ki, İranın Ali dini lideri Ayətullah Xamneyi də bir neçə dəfə ölkədə əhalinin say artımında azalma olduğunu bildirərək, bunun qarşısının alınmasını istəmişdi.