Vaxt.Az

«Amnesty International»ın ofisi möhürlənib


 

Qərbin insan haqları təşkilatları Rusiyadan qovulur

«Amnesty International»ın ofisi möhürlənib Moskvada «Amnesty İnternational» (Aİ) hüquq müdafiə təşkilatının ofisi bələdiyyə hakimiyyəti tərəfindən möhürlənib, təşkilatın Rusiyadakı nümayəndələyinin rəhbəri bildirib. Sergey Nikitin möhürlənmənin səbəbini bilmədiyini deyib.

Onun sözlərinə görə, yerli vaxtla saat 10:30 radələrində işə gələn Aİ əməkdaşları ofisin qapılarının sındırılmış olduğunu aşkar ediblər.

Təşkilatın əməkdaşı Aleksandr Artemyev binada elektrik təchizatının kəsildiyini deyib. O, həmçinin qapıdakı kilidlərin dəyişdirildiyini bildirir.

Aİ əməkdaşları öncədən hər hansı bildiriş almadıqlarını deyirlər.

«Amnesty İnternational» təşkilatı 1961-ci ildə, Britaniyada təsis olunub.

Onun əsas məqsədi insan hüquqlarının müdafiəsi və bu sahədə beynəlxalq qaydaları təmin etməkdir.

Aİ öz fəaliyyətinə görə Nobel Sülh mükafatına layiq görülüb.

Son illər ərzində Rusiyada xarici təşkilatların fəaliyyətilə bağlı qanunvericiliyin sərtləşməsinə görə bır sıra xarici təşkilat, fond və QHT Rusiyada işini dayandırıb.

Xatırladaq ki, noyabrın 1-də «Amnesty İnternational» Rusiyanı Kreml əleyhinə «sanksiyalaşdırılmayan» nümayişlərdə iştirak etdiyinə görə həbs edilən İldar Dadini dərhal azad etməyə çağırmışdı.

 





02.11.2016    çap et  çap et