Vaxt.Az

Mesaj applikasiyaları və təhlükəsizlik


 

«Skype və «Snapchat» kifayət qədər şifrələmə təmin etmədikləri üçün tənqid edilən böyük şirkətlər arasındadır

Mesaj applikasiyaları və təhlükəsizlik «Amnesty İnternational» təşkilatının bildirdiyinə görə, dünyanın ən populyar mesaj applikasiyaları istifadəçilərin təhlükəsizliyi və məxfiliyini adekvat şəkildə qoruya bilmir. «Skype» və «Snapchat» kifayət qədər şifrələmə təmin etmədikləri üçün tənqid edilən böyük şirkətlər arasındadır.

«Amnesty İnternational» 11 ən populyar mesajlaşma applikasiyalarını araşdırıb və aralarında təhlükəsizlik baxımından böyük fərqlərin olduğunu aşkar edib. «Facebook Messenger» və «WhatsApp» ən təhlükəsiz applikasiyalardır və hər biri mövcud 100-dən 73 bal alıb.

«Məsələn, «WhatsApp» çox güclü şifrələmədən istifadə edir. Applikasiyada insanlara hansı şifrələmədən istifadə olunduğu və insanların informasiyalarının necə qorunduğu bildirilir», - deyə «Amnesty International»dan Şərif Əlsəid-Əli bildirir.

«WhatsApp»dan fərqli olaraq isə «Microsoft»a məxsus «Skype» və «Snapchat» bu məsələdə xeyli zəifdir.

«Onlar «əvvəldən-axıra» şifrələməsindən istifadə etmirlər, bu isə elə bir şifrələmə növüdür ki, burada mesajları göndərən və alan şəxslər oxuya bilər», - Əlsəid-Əli deyir.

«Snapchat» «Amnesty»nin nəticələrinə qarşı çıxır və məxfiliklə təhlükəsizliyin «təməl dəyərlər» olduğunu bildirir.

«Microsoft» verdiyi bəyanatda «Skype» şifrələmədən istifadə edir və bir sıra digər texniki təhlükəsizlik tədbirləri görür. Biz insanların məxfiliyini hüquqi yollar və güclü siyasət vasitəsilə qoruruyuq və dövlət tərəfindən onların məlumatları ilə bağlı çağırış gəldiyində insanları bundan xəbərdar edirik», deyilir.

«Amesty»nin dediyinə görə, məsələ təkcə məxfilik deyil.

«Bütün dünyada korrupsiya, hökumətin səlahiyyətlərindən sui-istifadə etməsi kimi məsələlərin üstünü açmaq istəyən jurnalistlər var. Ölkələrində təzyiqlərə müqavimət göstərməyə çalışan fəallar var və onlar hökumətləri tərəfindən aktiv olaraq təqib olunurlar. Bu hökumətlər onların işini pozmaq və ya onları məhkəməyə cəlb edib və hətta həbs etmək üçün onlar barədə məlumat toplamağa çalışırlar», - deyə Əlsəid-Əli bildirir.

Gedərək maşın və məişət texnikası kimi daha da çox əşya internətə bağlanır və bu «əşyaların interneti» adlanır.

Əlsəid-Əli deyir ki, «əşyaların interneti» ilə artıq hər yerdə sensorlar olacaq. Evlərimiz, şəhərlərimizdə on hətta yüz milyonlarla sensor olacaq. Bu sensorlar vasitəsilə isə biz har zaman dinlənəcəyik, barəmizdə məlumat toplanacaq. Əgər biz məxfiliyimizi indi çox güclü şifrələmə vasitəsilə qorumağa başlamasaq, gələcəkdə məxfilik deyə bir şey olmayacaq».

«Amnesty»nin sıralamasında sonuncu yerdə çinin «Tencent» şirkəti gəlir. Bu şirkət «WeChat» və «QQ» applikasiyalarının sahibidir. O, 100-dən 0 xal alıb.

 





07.11.2016    çap et  çap et