Vaxt.Az
«Erməni işğalını hər gün hiss edirik»
Nazir: «Tarixi abidələrimizə, musiqimizə, mətbəximizə olan münasibətdə...»
«Qarabağdakı işğalını biz təkcə torpaqların itirilməsi ilə hiss etmirik. Biz hər gün - beynəlxalq tədbirlərdə, internet məkanında, mətbuatda, mətbəxdə, kinolarda bu işğalın şahidi oluruq. Elə ay, elə il olmur ki, qonşularımız bizim hansısa mədəni sərvətimizə əl uzatmasın. Bunu tarixi abidələrimizə, musiqimizə, mətbəximizə olan münasibətdə hiss edirik».APA-nın xəbərinə görə, bu sözləri mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev «Qarabağ: tarix və irs» mövzusunda keçirilən
konfransda deyib.
O bildirib ki, Azərbaycan tərəfi ermənilərin
bu iddialarının qarşısını almağa çalışır: «Azərbaycan xalqı ona məxsus olan mədəni
sərvətlərin UNESCO siyahısına daxil olmasına nail olub. Bu gün tar, aşıq
musiqisi, xalçamız qeyri-maddi mədəni irs siyahısına daxildir. Bu dəyərlər təkcə
Azərbaycan xalqına yox, həm də bəşəriyyətə məxsusdur».
10.11.2016 çap et