Vaxt.Az

BTQ-nin tikintisində bədbəxt hadisə


 

Tunel hissədə çökən beton qəlibi işçilərin üzərinə tökülərək 1 nəfəri öldürüb, 2-sini yaralayıb

BTQ-nin tikintisində bədbəxt hadisə Türkiyənin Qars vilayətində Bakı-Tiflis-Qars dəmiryolunda tikinti işləri zamanı bədbəxt hadisə baş verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Qarsın Arpaçay rayonu Güverçin kəndində dəmiryolu tuneli inşası zamanı çökən beton qəlibi işçilər Bünyamin Arslantaş (23 yaş) və Gökhan Tunçsoyun (27 yaş) üstünə aşıb.
Onları xilas etməyə çalışan Mustafa Özen də (33 yaş) beton qəlibiniin altında qalıb. 30 dəqiqə davam edən xilasetmə işlərindən sonra Gökhan Tunçsoyla Mustafa Özen beton qəlibinin altından çıxarılaraq xəstəxanaya göndərilib. 
Adanadan olan Bünyamin Arslantaşın meyiti isə sıxılıb qaldığı yerdən çıxarılıb. Bünyamin Arslantaşla eyni tikintidə çalışan qardaşı Mehmet Aslantaş hadisədən əsəb sarsıntısı keçirib.
 





20.10.2013    çap et  çap et