Vaxt.Az

«228 nəfər sığınacaqdadır»


 

Bakıda «Facebook»la tanış olduğu qadını şantaj edən kişi həbs edilib

«228 nəfər sığınacaqdadır» «2016-cı il ərzində 228 nəfər qadın bizim sığınacaqda məskunlaşıb. Onlar 18 və 45 yaş arasında xanımlar olub». Bunu Modern.az-a «Təmiz Dünya» Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib.

O deyib ki, həmin qadınların 45 faizi fiziki zorakılığa məruz qalanlardır:

«Qalanları isə zorakılığın müxtəlif növlərindən əziyyət çəkənlərdir. Zorlanmış qadınlar adətən müddət keçəndən sonra bizə müraciət edir. Amma həmin vaxt onun dediyini sübut edərək, zorlayan şəxsi cinayət məsuliyyətinə cəlb etmək mümkün olmur. Çünki sübut lazımdır. Sübut olmayan yerdə kimisə həbs etdirmək qanunsuzluqdur».

M.Zeynalovanın sözlərinə görə, son vaxtlar sosial şəbəkələr üzərindən şantaj halları çoxalıb: «Seksual təqib olanda bizə edilən müraciət əsasında biz də hüquq mühafizə orqanlarına müraciət edirik və lazımi tədbirlər görülür.

Son 3 ayda 3 nəfər xanım bizə müraciət edib. Onların müraciəti təxminən eyni mahiyyət daşıyırdı. Belə ki, sosial şəbəkə vasitəsilə bir kişi ilə tanış olan qadın 6 il müddətinə təqiblə yanaşı, seksual zorakılığa da məruz qalıb.

Qadınlardan biri 30-a yaşlarında ailəsindən ayrılmış biri olub. «Facebook» sosial şəbəkə vasitəsilə bir kişi ilə tanış olub. Onlar görüşməyə başlayıb. Kişi qadınla evləcəyinə inandırır. Bir müddət görüşdükdən, münasibətdə olduqdan sonra onun dediklərinin yalan olduğunu görən qadın kişidən ayrılmaq istəyib.

Amma kişi hər dəfə çəkilmiş şəkillər, videolarla onu şantaj edərək təqib və qorxu altında saxlayıb. Həmin «materiallar»ı sosial şəbəkələrdə yayacağını bildirib. Qadın çıxış yolu tapa bilməyəndə bizim sığınacağa gəldi. Biz ərazi üzrə polis idarəsinə müraciət etdik və məsələ həll olundu. Xanım rayondan gəlmişdi. Ailə üzvlərinin qorxusundan məsələni ictimailəşdirə də bilmirdi. Biz hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra həmin kişi cinayət məsuliyyətinə cəlb olundu».

 





06.12.2016    çap et  çap et