«Trend»in məlumatına görə, bunu «Caspian European Club»un iclasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının daxili nəzarət və audit şöbəsinin müdiri Tahir Məmmədov deyib.
Onun sözlərinə görə, «İctimai «Wi-Fi»» layihəsi çərçivəsində işlər davam edir.
T.Məmmədov deyib: ««Wi-Fi» İçərişəhər və Milli dənizkənarı park ərazisində yerləşdiriləcək. Bu layihənin əsas məqsədi insanların kütləvi toplandığı yerlərdə sakinlər və şəhərin qonaqlarının internetə girişini təmin etməkdir».