Vaxt.Az

İlham Əliyev «Şahdağ»dadır


 

Prezident və ailəsi yeni salınan kurort kompleksində dincəlir

İlham Əliyev «Şahdağ»dadır Azərbaycan prezidenti İlham Əliyev məzuniyyətə çıxıb. Virtualaz.org saytı bu barədə mötəbər qaynaqlardan məlumat əldə edib. İlham Əliyev adətən iki dəfə qısamüddətli məzuniyyətə çıxır. Bu, Yeni il bayramından sonra və iyulun sonlarında olur.
Əldə etdiyimiz məlumata görə, prezident İ.Əliyev öz məzuniyyətini bu il ilk dəfə olaraq Azərbaycanda keçirir. Dövlət başçısı dincəlmək üçün ölkənin gözəl təbiət mənzərələrinə malik şimal bölgəsi rayonlarını birini seçib. Belə ki, prezident Əliyev hazırda qış kurortunda - «Şahdağ» dağ xizəksürmə kompleksində istirahət edir.
Rəsmi mənbələr prezidentin qış tətilini harada keçirməsi və məzuniyyətin nə qədər davam edəcəyi barədə bir qayda olaraq heç bir məlumat vermirlər. Bununla belə güman etmək olar ki, İlham Əliyev iş başına ənənəyə uyğun olaraq «20 Yanvar» faciəsinin ildönümü ərəfəsində qayıdacaq.
 





03.01.2014    çap et  çap et