vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
ELM-TƏHSİL, DİN  
16:37 | 19 sentyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 3236 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya da müəllimlərini qiymətləndirəcək

Azərbaycanın uğurlu layihəsi qonşu ölkələrin də diqqətini çəkib

Rüstəm QARAXANLI, muallim.edu.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Qarşıdan gələn tədris ilindən etibarən Rusiyanın 13 bölgəsində müəllimlərin qiymətləndirilməsinin yeni modeli sınaqdan çıxarılacaq. Tədris etdikləri fənnə dair test imtahanı verəcək pedaqoqlar daha sonra dərsin aparılması ilə bağlı ekspert qiymətləndirilməsini keçməli olacaqlar.

Hazırda Rusiyanın bir çox regionunda müəllimlərin qiymətləndirilməsi prosesi formal tələblərə əsaslanır. Belə demək mümkündürsə, sadəcə portfolio tələb olunur: pedaqoq müxtəlif konfrans və müsabiqələrin işitirakçısı olduğuna dair sənədləri təqdim etməklə peşəyə yararlılığını nümayiş etdirir. Rusiya Təhsil və elm sahəsinə Nəzarət üzrə Federal Xidmətin rəhbəri Sergey Kravtsov mövcud təcrübədən narazıdır: «Ən əsası, predmeti bilmək və onu tədris etmək bacarığıdır. Yeni qiymətləndirmə modeli də məhz bunu nəzərdə tutur».

Kravtsovun sözlərinə görə, ixtisasartırmadakı dəyişikliklər müəllimlərin peşəkar təkmilləşmə sisteminin hazırlanması və tətbiqi ilə əlaqədardır. İlk olaraq Şimali Qafqaz regionları - Çeçenistan, İnquşetiya, Adıgey, Kabardino-Balkar Respublikasında sınaqdan keçəcək.

Ölkənin federativ quruluşu nöqteyi-nəzərdən Rusiyada müəllimlərin obyektiv qiymətləndirilməsi və direktorların şəffaf təyinatını həyata keçirmək üçün subyektlərə müvafiq səlahiyyətlər tələb olunur. Ölkəboyu bütün regionlar üçün səhih idarəçilik modeli tətbiq edilməlidir.

Reallıq göstərir ki, Rusiyada pedaqoqların bir qismi predmet bilikləri sarıdan zəif bazaya malikdirlər. Eyni zamanda, elə müəllimlər də var ki, tədris etdikləri predmeti yaxşı əxz ediblər, ancaq bilikləri şagirdə çatdırmaq istiqamətində çətinlik çəkirlər. Elə bu səbəbdəndir ki, onlar əvvəl predmetlərinə dair test verəcəklər, sonra isə dərsi keçmək bacarığı ilə bağlı ekspert qiymətləndirilməsindən keçəcəklər. «Əlbəttə, ikinci məqam pedaqoji ali məktəblərin məsuliyyət dairəsinə aid məsələdir. Ancaq ikinci tərəfdən bu, həm də ixtisasartırma sisteminə aid məsələdir. İxtisasartırma sistemi işləməlidir, yəni keyfiyyət artımı olmalıdır, sadəcə formal kurslar keçməli, yaxud formal göstəriciləri yoxlamamalıdır. Bir çox halda bu formal göstəricilərin real vəziyyətlə heç bir bağlılığı olmur», - deyə Kravtsov bildirir.

Yeri gəlmişkən, qardaş Türkiyə Milli Təhsil Nazirliyi müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi ilə bağlı yeni sənəd hazırlayıb. Layihənin əsas məqsədi müəllimlərin daim öz üzərlərində çalışmaları, inkişafını təmin etməkdir.

4 ildən bir keçiriləcək imtahan yalnız bilik və tədris bacarığının yoxlanılması ilə məhdudlaşmayacaq. Müəllimlər müsahibəyə dəvət olunacaq, onların şəxsi keyfiyyətləri, psixoloji vəziyyətləri də mütəxəssislər tərəfindən araşdırılacaq.

Xatırladaq ki, Rusiyada qarşıdan gələn tədris ilində keçirilməsi planlaşdırılan müəllimlərin biliklərinin qiymətləndirilməsi Azərbaycanda 2015-ci ildən həyata keçirilir və faktiki olaraq bütün müəllimləri əhatə edib. Təsadüfi deyil ki, diaqnostik qiymətləndirmə 2016-2017-ci tədris ilinin ən çox müzakirə olunan məsələlərindən biri olub. Azərbaycanda aparılan qiymətləndirmə müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasında xüsusi əhəmiyyət kəsb edən amilə çevrilib. Azərbaycan Respublikasının Prezidenti «Dövlət ümumtəhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında» Sərəncam imzalayıb. Həmin sənədə əsasən, dövlət ümumtəhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1.5 dəfə, aylıq vəzifə maaşları isə orta hesabla 2 dəfə artırılıb. Təkcə 2016-cı il ərzində maaşı artırılan 91 min müəllim olub. Aparılan islahat nəticəsində Bakı şəhəri də daxil olmaqla, ümumilikdə diaqnostik qiymətləndirmədən keçən müəllimlərin orta aylıq əməkhaqqı 440 manat təşkil etməklə, ölkə üzrə müvafiq göstəriciyə yaxınlaşıb.