vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
22:01 | 3 avqust 2019 | Şənbə Məqaləyə 2288 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şah İsmayıl Azərbaycandır!

Xətainin dövlətçiliyimizin formalaşmasındakı tarixi xidmətini deyil, onu təriqət lideri kimi qələmə vermək gülüncdür

X.SƏFƏROĞLU

Deputat Fazil Mustafanın Şah İsmayılla bağlı yazdıqlarını və Səfəvilər barədə son günlər gedən müzakirələri izlədim. Təəssüfləndim.

Bir dəfə yazmışdım.

Akademik müzakirə mövzusu olan bu məsələ vaxtaşırı bir dəstə diletant, tarixdən, mənbəşünaslıqdan, metodologiyadan bixəbər adamların əlində ucuz şorba kimi paylanır.

Şah İsmayılı Azərbaycan dövlətçiliyinin formalaşmasındakı tarixi xidmətini deyil, onu təriqət lideri kimi qələmə verməyə çalışan “21-ci əsrin tarix quldurları” nə qədər gülünc görünür.

Heç bir xalq öz tarixində mühüm rol oynamış şəxsiyyətini belə ələ salmağa cürət etməz.

Başınızı ağrıtmayım.

Rus çarı III İvan... Rus torpaqlarının Moskva ətrafında birləşdirilməsinin və mərkəzləşmiş, vahid Rus Dövlətinin yaradılması məhz 3-cü İvanın adı ilə bağlıdır. O elə Şah İsmayılla eyni epoxada yaşayıb.

III İvan vahid Rus dövlətini qurub, indiki gerbini yaradıb və rusların sonralar dünya çapına çıxmasında misilsiz rol oynayıb.

III İvan mərkəzləşəməyə müqavimət göstərən Novqorod dövlətinə hücum edib darmadağın edib. 20 minə qədər rusu öldürüb. Tver, Ryazan, Pskov knayzlığını qan içində Moskvaya birləşdirib. Vahid qanun Məcəlləsi yaradıb.

III İvanın razılığı ilə pravoslav kilsəsi ”Jidovin bidəti” deyilən dini təqib kampaniyasına start verib.. Onların rəhbərləri diri-diri yandırıldı, minlərlə tərəfdarı öldürüldü, sürgün edildi.

...İndi Rusiyada bu barədə heç bir mübahisə yoxdur. 3-cü İvan mərkəzləşdirlimiş, vahid Rus dövlətinin banisi sayılır. Qalan bütün məsələlər tarixçilərin, elmi dairələrinin akademik müzakirələrinin öhdəsinə buraxılıb...

...Bugünkü Azərbaycan elə Şah İsmayılın qurduğu dövlətin sərhədləri çərçivəsindədir. Bu sərhədlərlə Rusiya İmperiyasına, daha sonra Xalq Cümhuriyyətini elan edib. Elə bu sərhədlərlə SSRİ-yə birləşdirlib.

Bu sərhədlər çərçivəsində 1991-ci ildə müstəqil dövlətə çevrilib.

Şah İsmayıl Azərbaycandır. Bu məmləkətdə yaşayan xalqları birləşdirən bir ideoloji platformadır.. O dağılsa bu məmləkət də zəbun olacaq..

Şah İsmayıl sizə lazımdır, siz Şah İsmayıla lazım deyilsiniz...

Nəyə nail olmaq istəyirsiniz?

 

Men bağçelerin gülüyem,

Ayn-ı cem bülbülüyem,

Kırk kapunun kilidiyem,

Açabilirsen gel beri...

 

Bunu da Şah yazıb.

Şaha salam olsun!