Türkiyəyə qarşı strateji plan
Salmanın Ərdoğana qarşı çox gizli taktikası aşkarlandı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Üç Türk lider bölgənin iqtisadi xəritəsini dəyişir
ABŞ-ın narazı qaldığı məqam
-
Dövlət Departamentindən “F-16” izahı
“Heç bir müttəfiqimiz Türkiyə qədər öz torpaqlarında terrora məruz qalmır”
-
“F-16”lar üçün yaşıl işıq
Yunan və erməni lobbisinin əziyyətləri özlərinə qaldı
-
Ən azı 20 tanker gözləyir
Gəmilər Türkiyənin ərazi sularında tıxac yaradıb
-
Qardaş yumruğu və mollaların bədbəxtliyi...
Ayətullahlar sovetin qoca Politbüro üzvləri kimi eyni durum, eyni “ssenari” ilə üzləşib
-
Tehran “F-16”ları gördü
Qırıcılarının təlimlərə cəlb edilməsi Əliyevin toxunduğu məqamı aktuallaşdırdı
-
“Dostlara güc, düşmənə qorxu”
Hərbi təlimlər Güney azərbaycanlıları öz haqları uğrunda mübarizəyə həvəsləndirir
-
“Bir gecə, qəfildən ...”
Xarici işlər naziri Çavuşoğludan Yunanıstana sərt reaksiya: “Geri addım atmasa, lazım olanı edəcəyik”
-
524 gəmi, 13 milyon ton taxıl
Almaniyanın məşhur qəzeti Ərdoğanı göylərə qaldırdı ...
-
“Hara getsək arxamızca qaçır”
“Çavuşoğlu Dendiası ələ saldı” başlığını manşet edən yunan mətbuatı Akarın Bakı səfərindən də yazıb
-
“Özünü qorumaq haqqı var”
İsveç baş nazirinin keçmiş millət vəkilinə Türkiyə cavabı
-
Almaniyanı xilas edən türk həkimlər
Ölkə onların hesabına ildə 4 milyard avroya qənaət edir
-
Ver “S-400”ü, al “F-35”i
ABŞ Türkiyəyə yeni şərt
-
İşbirliyi bitdi
Suriyadakı terrorçular ABŞ-la əməkdaşlığı dayandırıb
-
Moskva Ankaraya qarşı ...
Rusiya terror təşkilatlarına dəstək göndərdi
-
... Hamını aldadıb
“Həkim”də fərasətə bax ...
Londonda nəşr edilən və Yaxın Şərq xəbərləri üzrə ixtisaslaşan ingilisdilli “Middle East Eye” internet portalı Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi, ölkənin faktiki hökmdarı Məhəmməd bin Salmanın Türkiyəyə qarşı “çox gizli planını” ələ keçirib.
Həmin plan jurnalist Camal Xaşouginin Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda Salmanın agentləri tərəfindən doğranıb öldürülməsinə görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sərt reaksiyasına, Salmanı gözdən salmağa yönəlmiş təbliğatına qarşı cavabdır.
Portalın yazdığına görə “Türkiyəyə qarşı strateji plan” artıq işə salınıb. Məlumatda deyilir ki, həmin plan Səudiyyə Ərəbistanının müttəfiqi Birləşmiş Ərəb Əmirlikləri tərəfindən kəşfiyyat məlumatları əsas götürülərək hazırlanan gizli hesabatda əksini tapıb. Kəşfiyyat hesabatı Əmirliklərin xüsusi xidmət orqanlarına bağlı “Emirates Policy Center” adlı beyin mərkəzinin aylıq qapalı yayınlarından biridir.
“Səudiyyə Ərəbistanı barəsində aylıq hesabat, sayı 24, may, 2019-cu il” adlı hesabat məhdud abunəçilər arasında yayılır və mərkəzin internet səhifəsində yerləşdirilməyib. Buna baxmayaraq “Middle East Eye” onun bir nüsxəsini ələ keçirə bilib.
Orada deyilir ki, 2019-cu ilin may ayında Ər-Riyadda Türkiyəyə qarşı hazırlanan “strateji plan”ın işə salınması üçün təlimat verilib. Plan Ərdoğan hökumətinə təzyiq göstərməyi, onu zəiflətməyi, daxili problemlərlə məşğul olmağa məcbur edilməsini və bu məqsədlərlə bütün mümkün alətlərdən istifadə edilməsini nəzərdə tutur. Ər-Riyad rejiminin məqsədi Türkiyənin regional təsirlərini məhdudlaşdırmaqdır.
Hesabatda deyilir: “Krallıq Türkiyə iqtisadiyyatını hədəf almağa, bu ölkədəki investisiyalarını mərhələli şəkildə məhdudlaşdırmağa, Türkiyəni ziyarət edən səudiyyəli turistləri alternativ marşrutlar yaradaraq azaltmağa, türk mallarının idxalını məhdudlaşdırmağa və ən önəmlisi islami məsələlərdə Türkiyənin regional təsirlərini azaltmaq üçün təzyiqlərə başlayacaq”.
Hesabata əsasən Krallığın faktiki lideri Məhəmməd bin Salman Türkiyəyə qarşı təzyiqlər barədə qərarını jurnalist Xaşouginin öldürülməsi ilə bağlı qalmaqaldan sonra verib. Vəliəhd şahzadə hesab edir ki, Ərdoğan şəxsən onu və Səudiyyə Ərəbistanını qaralama kampaniyasında “çox uzağa gedib”.
Bildirilir ki, Türkiyəyə qarşı planın həyata keçirilməyə başladığına dair ilk əlamətlər ötən həftə müşahidə edilib. Səudiyyə məmurları türk tekstil malları və kimyəvi maddələr daşıyan 80 Türkiyə TIR-ının Duba limanından ölkəyə daxil olmasını əngəlləyib.
Portala adının açıqlanmaması şərti ilə danışan Türkiyə rəsmilərindən biri isə deyib ki, bu ölkədən ixrac edilən meyvə-tərəvəzlə dolu 300 konteyner də Ciddə limanında saxlanılır.
Habelə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı rəsmi rəqəmlər görə bu ölkəyə 2019-cu ilin ilk altı ayı ərzində gələn səudiyyəli turistlərin sayı 15 faiz azalıb.
O da bildirilir ki, Səudiyyə rəhbərliyi Ərdoğanla münasibətləri kəsdiyini nümayiş etdirmək üçün onun Məkkədə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı sammitinə dəvət edilməməsi üçün təklifi kral Salman tərəddüdsüz dəstəkləyib. Nəticədə Ərdoğanın adı Suriya diktatoru Bəşər Əsəd, İran prezidenti Həsən Ruhani və Qətər əmiri şeyx Tamimlə birlikdə sammitə dəvət edilməyənlər sırasına daxil edilib.
Nəşrin bildirdiyinə görə Türkiyə hakimiyyəti vəliəhdin ikitərəfli münasibətləri kəsmək barədə təşəbbüslərindən xəbərdardır və bunun qarşısını almaq üçün birbaşa kralın özü ilə təmasa keçib. Prezident Ərdoğan Səudiyyə limanlarında saxlanılan türk malları ilə bağlı problemə diqqəti cəlb etmək üçün ötən həftə krala zəng vurub. Adının açıqlanmasını istəməyən türkiyəli rəsmi qaynaq deyib ki, telefon danışığı səmimi olub və Ərdoğan vəliəhd şahzadə də daxil olmaqla kral ailəsinin üzvlərini Türkiyəyə səfərə dəvət edib. (virtualaz.org)