vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
CƏMİYYƏT  
11:39 | 9 may 2020 | Şənbə Məqaləyə 1441 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Həbsləri bundan sonra da görəcəyik”

“DTX-nin seyfində kifayət qədər məlumatlar var”

Aysel ASLAN

“Korrupsioner məmurlarla mübarizə prosesi ciddi, sistemli şəkildə davam etdirilir. Onlar qanunsuzluqlarını, bu əməllərlə yığdığı pulları gizlədə bilməyəcəklər”.

Bunu korrupsiya hallarına yol verən məmurlar haqqında danışarkən deputat Fəzail Ağamalı deyib. Deputatın fikrincə, Dövlət Təhlükəsizlik Xidmətinin seyfində rüşvətxor məmurlarla bağlı kifayət qədər məlumatlar var:

“Xalqın malına göz dikən, dövlətin vəsaitini dağıdan məmurlar təbii ki, layiq olduqları cəzanı alacaqlar.

Ayrı-ayrı yüksək vəzifəli məmurların heç də hamısını bu kateqoriyaya aid etmək olmaz. Vicdanı təmiz, əməli saleh, bütün varlığı ilə millətinə bağlı olan, hər hansı korrupsiya və rüşvətxorluqda adı hallanmayan məmurlarımız var. Biz onları qanunsuzluğa yol verən məmurlarla eyniləşdirməməliyik. Müəyyən məhdud xarakterli müşahidələrə, məlumatlara görə, əməliyyat-axtarış prosesi davam edəcək. Biz rüşvətxorluqla məşğul olan, fəaliyyətində qanunsuzluqlara yol verən məmurların vəzifədən kənarlaşdırılmasını, cinayət məsuliyyətinə cəlb edilməsini bundan sonra da görəcəyik”.