vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
TƏDBİR  
09:51 | 7 iyun 2013 | Cümə Məqaləyə 5952 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Onlar bizi qorxutmur”

İlham Əliyev: “Hakimiyyət gəlmək üçün Qarabağı güzəşt etməyə hazırdır”

anspress.com

MÖVZU İLƏ ƏLAQƏLİ

“Azərbaycanda elə qüvvələr var ki, hakimiyyətə gəlmək üçün hər cür qrupla əlaqəyə girməyə, onların maraqlarını qorumağa hazırdırlar”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının bu gün keçirilən V qurultayında bildirib. O qeyd edib ki, onlar bu maraqla antimilli qüvvələrə çevriliblər və öz hakimiyyətlərini əldə etmək üçün Azərbaycanın bütün maraqlarını qurban verməyə hazırdır: “Onlar hətta hakimiyyətə gəlmək üçün Dağlıq Qarabağ münaqişəsində də güzəşt etməyə hazırdır”.

İlham Əliyev vurğulayıb ki, bütün bunlara baxmayaraq Azərbaycan iqtidarını bu cür qüvvələr qorxutmur, çünki iqtidar xalqa, xalqın iradəsinə arxalanıb. O qarşıdan gələn seçkilərdə də xalqın iradəsinin nümayiş olunacağını bildirib.
“Biz seçkilərə də uğurla gedəcəyik. Çünki bizim amalımız qüdrətli Azərbaycandır, inkişafdır, müstəqillikdir, sosial rifahdır. YAP qarşısında duran vəzifələr də bundan sonra da uğurla davam edəcək”, deyə prezident bəyan edib.