vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
ELM-TƏHSİL, DİN  
09:40 | 19 may 2013 | Bazar Məqaləyə 8454 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

TQDK imtahanlara start verdi

Bu gün rus bölməsi abituriyentləri “Azərbaycan dili”ndən imtahan verirlər

Trend

MÖVZU İLƏ ƏLAQƏLİ

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasın (TQDK) bu gün rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili" fənni üzrə imtahan keçirir. Komissiyadan Trend-ə verilən məlumata görə, imtahan Azərbaycanın 10 şəhərində- Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Lənkəran, Şirvan və Quba şəhərlərində keçirilir. İmtahanda iştirakı nəzərdə tutulan 8407 abituriyentdən 3611 nəfəri oğlan, 4796 nəfəri qızdır. 5779 abituriyent orta ümumtəhsil müəssisələrinin builki məzunu, 2628 nəfər isə əvvəlki illərin məzunlarıdır. 22 abituriyent ali təhsil müəssisələrinin məzunları, 281 abituriyent isə orta ixtisas təhsil müəssisələrinin məzunlarıdır. Ən yaşlı abituriyent 1970-ci il təvəllüdlü, ən gənc abituriyent isə 1998-ci il təvəllüdlüdir.

İmtahanın idarə olunması üçün 61 imtahan rəhbəri, 670 nəzarətçi müəllim ayrılıb.
Bakı şəhərində 5363, Naxçıvanda 36, Gəncədə 944, Sumqayıtda 539, Şəkidə 371, Ağcabədidə 98, Göyçayda 268, Şirvanda 177, Lənkəranda 141, Qubada isə 470 nəfər abituriyentin imtahan verməsi nəzərdə tutulub.
İmtahan Bakı şəhərində 9 , Naxçıvanda 1 , Gəncədə 2, Sumqayıtda 1, Şəkidə 1, Ağcabədidə 1, Göyçayda 1, Şirvanda 1, Lənkəranda 1, Qubada isə 2 binada keçirilir.
Mayın 19-da keçirilən "Azərbaycan dili" fənni üzrə imtahanda "Elektron ərizə"lərini 10 may saat 12:00-a kimi təsdiq etdirmiş rus bölməsinin abituriyentləri iştirak edirlər. "Elektron ərizə"lərini 10 may 2013-cü il tarixindən sonra təsdiq etdirən rus bölməsi abituriyentləri "Azərbaycan dili" fənni üzrə 2013-cü il iyunun 23-də keçiriləcək növbəti imtahanda iştirak edəcəklər.
İmtahan 45 dəqiqə ərzində aparılır və abituriyentlərə "Azərbaycan dili" fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticələrinə təsir göstərmir. İmtahanın nəticəsi "məqbul" və ya "qeyri-məqbul"la qiymətləndirilir, məqbul" alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin "məqbul" alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
Mayın 19-da keçirilən imtahanda "qeyri-məqbul" qiyməti alan, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər 2013-cü il iyunun 23-də keçiriləcək növbəti "Azərbaycan dili" imtahanında iştirak edə bilərlər.