Vaxt.Az

Tanınmış şərhçi AzTV-də


 

Dövlət televiziyasında yeni siyasi veriliş gözlənilir

Tanınmış şərhçi AzTV-də Daha bir tanınmış şəxs “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətində (QSC) fəaliyyətə başlayıb.

“BakuPost” xəbər verir ki, siyasi şərhçi Tofiq Abbasov bu həftədən etibarən "Rakurs” ictimai-siyasi verilişində, sentyabrdan isə "Hədəf” ictimai ictimai-siyasi analitik verilişində aparıcı kimi efirə çıxacaq. Bu verilişlərdə ölkədə və xaricdə baş verən hadisələr təhlil olunacaq.

Tofiq Abbasov 1980-ci illərin əvvəllərindən 1993-cü ilə qədər Azərbaycan Dövlət Televiziya və Radio Şirkətində işləyib. Uzun fasilədən sonra - 2006-cı ildən "Lider” TV-də "Səda” İnformasiya Departamentinə rəhbərlik edib.

Qedək ki, Rövşən Məmmədov AzTV rəhbərliyinə gətirildikdən sonra köklü islahatları aparılıb, yeni layihələrə tanınmış simalar cəlb edilib.

 





03.08.2019    çap et  çap et