Açıqlamada ABŞ-ın Honq Konq qanununu keçirməsi vəziyyətində Çin - ABŞ münasibətlərinin zərər görəcəyi bildirilib. Bununla yanaşı "sərt əks tədbirlər" ilə bağlı detallı məlumat verilməyib.
Çinin açıqlamasında, Honq Konqdakı tədbirlərin insan haqları və demokratiyanın məhdudlaşdırılması ilə bağlı deyil, zorakılığın qarşısının alınması ilə bağlı olduğu qeyd edilib.
Dünyanın ən böyük iki iqtisadiyyatının ticarət razılaşmasına çalışdığı bir dövrdə, son hadisələr iki ölkə arasında əlaqələrin daha da kəskinləşdiyini göstərir.