vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
BÖHRAN  
09:03 | 21 aprel 2024 | Bazar Məqaləyə 346 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Çinə qarşı kiber hücum ittihamı

Hakerlər ABŞ-ı susuz və enerjisiz qoymağa çalışıblar

ELŞAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Federal Təhlükəsizlik Bürosunun (FTB) direktoru Kristofer Vrayın sözlərinə görə, Çin dövləti tərəfindən dəstəklənən hakerlər son illərdə Amerikada su sistemləri və enerji şəbəkələri kimi həyati əhəmiyyətli infrastrukturlara qarşı geniş kiber hücumlar həyata keçirib. Hücumlar ölkəyə ”dağıdıcı zərbə” vurmaq məqsədilə aparılıb.

Təhlükəsizlik konfransında “Reallıq budur ki, bizim kritik infrastrukturumuzu hədəf alan hücumlar həm genişmiqyaslı, həm də amansızdır" deyən Vray əlavə edib ki, Çinin haker proqramı daha da güclənir.

“Bu hücumlar bizim vacib infrastrukturumuzu və buradakı məlumat bazasını istədiyi vaxtda fiziki cəhətdən məhv etmək imkanı verir”.

Keçən il “Microsoft”un təhlükəsizlik analitikləri ABŞ-ın Sakit okeandakı nəhəng strateji hava bazası olan Quam ərazisində rabitə sistemləri ilə əlaqəli şübhəli kod aşkar ediblər.

Səlahiyyətlilər bu kodun Çin dövlətinin maliyyələşdirdiyi “Volt Typhoon” haker qrupunun işi olduğuna inanırlar.

Kəşfiyyat ekspertlərinin fikrincə, “Volt Typhoon” digər sistemlər arasında elektrik şəbəkələrində, gəmi limanlarında və su infrastrukturunda zəiflikləri hədəf almağa cəhd edib.

FTB yanvar ayında yüzlərlə cihazın haker hücumlarından təmizləndiyini açıqlamışdı.

Təhlükəsizlik rəsmiləri aradan keçən ayları “Volt Typhoon” haqqında xəbərdarlıq edərək və onun zərərli kodunun qalıqlarını ovlamağa sərf ediblər.

Bu ilin mart ayında ABŞ Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi xəbərdarlıq etmişdi ki, haker qrupu “ABŞ və onun müttəfiqləri ilə geosiyasi gərginliyin və hərbi münaqişələrin kəskinləşməsi halında kritik xidmətləri pozmaq, yaxud məhv etmək” məqsədi daşıyıb.

Bununla belə, NSA Kibertəhlükəsizlik Direktorluğun sabiq rəhbəri Rob Coys, federal agentliklərin qrupun işini “üzə çıxarmağa və ya dağıtmağa çalışmadığını” söyləyib.

Çin isə öz növbəsində kiberhücumları dəstəklədiyini inkar edib və əksinə ABŞ və müttəfiqlərin qarşı eyni ittihamla çıxış edib.

Çin Xarici İşlər Nazirliyindən Lin Jian açıqlamasında, “ABŞ və Böyük Britaniyanın qondarma kiberhücumları bir daha gündəmə gətirməsi və çinli şəxslərə və təşkilatlara qarşı sanksiyalar tətbiq manevri sırf siyasidir” – deyib.

“Biz ABŞ və Böyük Britaniyanı kibertəhlükəsizlik məsələlərini siyasiləşdirməyi və sanksiyaları dayandırmağa, Çinə qarşı öz kiber təcavüzə son qoymağa çağırırıq”.