vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
20:37 | 21 aprel 2024 | Bazar Məqaləyə 402 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Yenilməz batareya” məhv oldu

Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna ordusu Rusiyanın “məğlubedilməz” adlandırılan “S-400” zenit-raket sistemini məhv edib. Rusiya ordusunun Krımdakı Canköy hava bazasındakı “S-400” batareyasının aprelin 17-nə keçən gecə edilən hücum nəticəsində yararsız hala düşdüyü bildirilir. “Casusun dosyesi” (Dosye Shpiona) adlı “Telegram” kanalının paylaşdığı məlumata görə, hücum ABŞ istehsalı olan MGM-140 raket sistemi (ATACM) ilə həyata keçirilib.

Ukraynada yerləşən “War Obozrevatel” saytı isə naməlum mənbələrə istinadən hücumun “modernləşdirilmiş sovet raketləri ilə həyata keçirildiyini və bunun rusları şoka saldığını” iddia edib.

Hücumda İngiltərə-Fransa birgə istehsalı olan SCALP qanadlı raketi və ABŞ istehsalı olan GLSDB bombalarından istifadə edilmiş ola biləcəyi də ifadə edilib. “Ukraine Battle Map”in “Twitter” hesabında edilən paylaşımda zərərin 100 milyon ilə 300 milyon dollar arasında ola biləcəyi güman edilir.

Krımdakı hərbi bazanın Rusiya Hərbi Hava Qüvvələrinə aid olduğu, bir “S-400” batareyası, üç buraxılış meydançası və bir radarın məhv edildiyi iddia edilir.

Hücumun Ukrayna ordusu və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) koordinasiyası ilə həyata keçirildiyi bildirilib. Bundan əlavə, elə həmin gecə Rusiyanın Krasnodar diyarının Korenovsk şəhərinə də hücumun həyata keçirildiyi bildirilib.

Hücum zamanı bazada iki “S-300” müdafiə sistemi batareyasının təmir olunduğu da söylənilir. Hücum zamanı onların zərər görüb-görmədiyi barədə məlumat paylaşılmayıb.

Rusiya və Ukrayna rəsmiləri hələlik hücumla bağlı açıqlama verməyib.