Kiyev Rus dövləti olubmu?
Ukraynanın tarixi olmayıb, oranı Rusiya yaradıb ifadəsi əslində şovinizmdən başqa bir şey deyildir
Zaur ƏLİYEV, dosent
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Müharibəni qazanmadan NATO-ya girə bilmərik”
“Ukrayna ordusu ABŞ istehsalı olan “F-16”ların bu ay gələcəyini gözləyir”
-
Ukrayna cəbhəsində kritik ay
Putin andiçmə mərasiminə və Qələbə gününə hədiyyə kimi Çasov-Yar təpələrini istəyir
-
Rusiyanı gözləyən təhlükə
Ukraynadan qayıdan əsgərlər tərəfindən törədilən qətllərin sayı 9 dəfə artıb
-
Rusiya BMT sanksiyalarını pozub
Ukraynada Şimali Koreyaya məxsus raketin qalıqları tapılıb
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
-
Tanekoya PUA zərbələri
Ukrayna Rusiyanın əsas neft emalı zavodunu vurdu
-
150 minlik ordu
Rusiyada növbəti səfərbərlik üçün yaş həddi artırıldı
-
“Cəbhədə ehtiyaclar daim dəyişir”
Ukrayna PUA istehsalına hazırlaşır
-
Ölkə sazişlə qorunmur
Ukraynaya təhlükəsizlik təminatı verə bilməyən Qərb Ermənistana vəd verir
-
Ukraynaya 1,5 tonluq bomba atıldı
SSRİ zamanı istehsal Termobarik raket döyüşdə ilk dəfə istifadə olunur
Bu gün dərsliklərdə və tarixdə istifadə edilən Kiyev Rus dövləti ifadəsi əslində sovetlərin işğalçı siyasətindən sonra elmi dövriyyəyə gətirilib. Tarixdə Kiyev Rus dövləti adlı bir ərazinin olmaması Avropa və hətta Rus alimlərinin əsərlərində də rast gəlinir.
“Kiyev Rusu” ilk dəfə 1934-cü ildən sonra yazılmış sovet tarixi dərsliklərində “Bolşeviklərin Ümumittifaq Kommunist Partiyasının tarixinin qısa kursu” ilə birlikdə istifadə edilmişdir. O zaman imperiyaya başçılıq edən Stalinin əmri ilə Kiyev Rusu ifadəsi dərsliklərə salınmışdır. Stalinin göstərişi ilə və şəxsi redaktəsi ilə yazılan Rusiya tarixində bu qondarma adı isə “tarixi faktlarla” sübut etməyə çalışan akademik Grekov idi. 1929-cu ildən SSRİ Elmlər Akademiyasının üzvü olan Qrekov “Kiyev dövləti” anlayışından istifadə etsə də, ilk dəfə onu “Kiyev Rusu” ilə eyniləşdirdi. O vaxtdan bəri “Kiyev Rusı” anlayışı məhz bu mənada - Stalinist mənada istifadə olunmağa başladı. (Grekov B.D. Kiyev Rus. M., 1939.s.4)
1937-ci ildə nəşr olunan “SSRİ tarixinin qısa kursu” dərsliyinin 13-cü səhifəsində deyilir:
“X əsrin əvvəllərindən etibarən Slavyanların Kiyev Knyazlığı Kiyev Rusu adlanırdı.” O vaxtdan partiyanın göstərişi ilə bu yanlış fikir beynlərə kök salıb.
Bu fakt onu göstərir ki, bu gün bizə və dünyaya Rusların təqdim etdiyi Kiyev Rus dövləti əslində Kiyev knyazlığı adlanan dövlət olub.1097-ci ildə Knyazlar öz hakimiyyətlərini qanuniləşdirmək üçün Lübeçdə yığıncaq keçirərək, dövləti ayrı-ayrı müstəqil knyazlıqlara parçalayırlar. Kiyev torpağında Rostov, Suzdal, Pereyaslavl, Vladimir, Smolensk, Turov-Pinsk, Polotsk-Minks, Tmutarakan knyazlıqları, Novqorod və Pskov feodal respublikaları meydana gəlir. Beləliklə qədim Kiyev dövləti ərazisində indi Rusiyanın tabeçiliyində olan Şəhərlərdə knyazlıqlar yarandı. Dünən Putinin Ukraynanın tarixi olmayıb, oranı Rusiya yaradıb ifadəsi əslində tarixi savadsızlıq və şovinizmdən başqa bir şey deyildir. Rusiya özü Kiyev dövlətinin parçalanmasından sonra yaranıbdır özü də Ukrayna torpaqlarında..
Necə ki, Dərbənd ərazisində Rusiya qədim Azərbaycan torpaqlarından özünə dövlət yaradıb, eləcə də Ukrayna torpaqları hesabına bugünkü Rusiya var..
İşğalçı Rusiyaya dayan deməyin zamanı gəlib və Ukrayna ilə yanaşı da Azərbaycan öz qədim ərazilərini bərpa etmək haqqına malikdirlər.