Aralıq dənizi Qaz Forumu
İsrail və Misir Avropaya qaz verəcək
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Aİ-dən “Dəmir Pərdə” xəbərdarlığı...
Çarlz Mişelin Türkiyə ilə bağlı açıqlaması dünyanın gündəminə damğa vurdu
-
Aİ Macarıstanın “saqqızını oğurladı”
Rəsmi Budapeşt 5,8 milyard qrant qarşılığında Ukraynaya nəzərdə tutulan yardıma hə dedi
-
Aİ-nin gizli həbsxanaları
Günlərlə yeməksiz, susuz kazarmalarda saxlanılıb ...
-
Bolqarıstandan Aİ-yə etiraz
Rəsmi Sofiyanın Şengen zonasına daxil olmaqdan imtina edilməsinə reaksiyası sərt oldu
-
Zaqreb üçün böyük gün
Aİ Xorvatiyanın Şengen zonasına daxil olmasını təsdiqləyib
-
Şengen genişlənir
Xorvatiyanın üzvlüyə prəblem olmadığı halda, 1 ölkə Rumıniyanın, 2-si isə Bolqarıstanın əleyhinədir
-
Sıxılmış qaz ixracı artırılacaq
ABŞ ən yaxın müttəfiqinə 10 milyard kubmetr LNG göndərməyi hədəfləyir
-
“Yeni iqtisadi şoklar”
Rusiya Mərkəzi Bankı hesabat açıqladı
-
“Biz birləşmiş və güclüyük”
Avropa İttifaqı Rusiyaya 9-cu sanksiya paketini açıqladı
-
Aİ İsrail polisi ilə əməkdaşlığı dondurur
Netanyahunun qurduğu koalisiya qoca qitəni narahat edir
-
Avropada Çin polis məntəqələri
Mühacirləri izləmək və zorla ölkəyə qaytarmaq üçün fəaliyyətdə olublar
-
Avropada “çirkli pul” araşdırması
25 ölkədə keçirilən əməliyyatda 2500 nəfər həbs olunub
-
Cəhalət ...
Az bilən və çox inanan insandan daha təhlükəlisi yoxdur
-
“Üzərində işləyirik”
Rusiya neft ticarətində maksimum qiymətdən istifadəni qadağan etməyə hazırlaşır
-
“Hazırda təhlillər aparırıq”
Kremldən neft qiyməti qərarına etiraz
-
İranla Aİ arasında kritik görüş
KOPE-nin son vəziyyəti və MAQATE ilə əməkdaşlıq müzakirə edilib
Avropa İttifaqı iyunun 15-də Qahirədə İsrail və Misirdən Avropaya maye qazın ixracına dair razılaşma imzalayıb. Qaz İsraildə hasil olunsa da, Misirin qazın sıxılması və ixrac üçün maye hala salınması üçün lazımi istehsalat gücü var.
Bu sazişə görə Avropa İttifaqı öz növbəsində İsrailə və Misirə qaz hasilatının artırılmasında və bu ölkələrin dəniz yataqlarının kəşfiyyatı və inkişaf etdirilməsində dəstək verəcək.
Avropa Komissiyasının prezidenti Ursula von der Leyen deyib ki, yeni müqavilələr Avropa İttifaqını perspektivdə Rusiyanın qaz asılılığından çıxaracaq.
Son məlumatlara görə Rusiya Avropada istehlak olunan qazın 40 faizə qədərini verir.
Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar Moskva üzərinə qoyulmuş sanksiyalar Rusiya qazını əvəzləyəcək yeni mənbələrin axtarışını tələb edir.
İsrailin Aralıq dənizi sularında iki fəal qaz yatağı var. Bunların ümumi həcmi 650 milyard kubmetr olaraq təxmin edilir. Daha bir yataq isə hazırda inkişaf etdirilir.
Avropa İttifaqı ilə imzalanmış müqavilələrə görə İsrail qazı maye halına salınması üçün Misirə nəql edəcək, buradan maye qaz tankerlərlə Avropaya daşınacaq.
İsrailin enerji naziri Karin Elxarrar hesab edir ki, Avropa İttifaqı ilə yeni qaz müqaviləsi habelə İsrail-Misir münasibətlərinin daha da yaxşılaşmasına xidmət edəcək.
Xanın Elxarrarın fikri ilə Misirin neft-qaz sənayesi naziri Tarek əl-Molla da razılaşır.
O Avropa, İsrail və Aralıq Dənizi Qaz Forumu ölkələri arasında yeni əlaqələrin yaranacağına ümid edir.
Aralıq Dənizi Qaz Forumuna Misir və İsraildən başqa, habelə İordaniya, Kipr, Yunanıstan, Fransa, İtaliya və qismən də tanınmamış Fələstin dövləti daxildir.
Misir bütün ərəb dünyasında İsraillə ilk sülh müqaviləsi imzalamış ölkədir.
Son illərdə Misir-İsrail münasibətləri sabit olaraq yaxşılaşır.