vaxtlı-vaxtında oxuyun! Bazar, 28 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BANK, BİRJA, SIĞORTA  
21:52 | 18 oktyabr 2022 | Çərşənbə axşamı Məqaləyə 1458 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Faizlər niyə yüksəkdir?

Kreditə üz tutanların sayı artıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Banklara kreditlə bağlı müraciətlər çoxalıb. Çünki insanların problemləri və ehtiyacları artıb. Bəs kreditlərin faiz dərəcələri necədir? Çünki bu qədər tələbat fonunda hazırda faizlər çox yüksəkdir.

Kimisi gündəlik təlabət üçün, kimisi biznes üçün, kimisi problemlərinin həlli üçün banklara üz tutur. Kredit ödənişinin o qədər də asan olmadığı indiki vaxtda kredit üçün banklara üz tutanların sayı artır.

İqtisadçı ekspert Əkrəm Həsənov deyir ki, kreditlə bağlı müraciətlər pandemiya dönəmindən sonra daha da artıb. Çünki, iqtisadiyyat dirçəldiyi üçün banklar həm kredit verir, həm də güclü reklam kampaniyaları aparırlar, - deyən iqtisadçı kredit faizinin yüksək olmasının 3 əsas amilini açıqlayıb:

İkinci səbəbə gəlincə banklar və bank olmayan kredit təşkilatları Mərkəzi Bankdan bərabər şəkildə kredit götürə bilmirlər.

Əkrəm Həsənov qeyd edib ki, hər bir ölkədə kredit faizi kredit riskinin göstəricisidir.

Əkrəm Həsənov deyir ki, kredit alan və verən tərəflərin zaman-zaman müxtəlif ziddiyyətli fikirlərinin şahidi oluruq. Kredit verən təşkilat gəlirlərin aşağı olmasından gileylənir. Müştərilər isə bahalıqdan narazıdır. Əslində hər iki tərəf özlüyündə haqlıdır. Belə ki, depozit faizləri kreditin faizlərinə bilavasitə təsir edir. 10 faiz həcmində depozit götürən banklar aşağı faizlə kredit verə bilməz. Çünki bankın əmanət və digər xərcləri də var.