Qriplə fərqi qalmadı...
Avropa ölkəsi COVİD-19 yoluxmaları zamanı məcburi karantini ləğv edir
XALİDƏ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Yumşalma rahatlıq əvəzinə təlaş yaratdı
Camaatın axışdığı bazarlarda, apteklərdə limon və ağrıkəsici yoxa çıxıb
-
DST gələcək pandemiyalara hazırlaşır
“Mümkün qlobal epidemiyalarla mübarizə” üçün ilk beynəlxalq müqavilə layihəsi hazırlanır
-
Çində etirazçı ovu
Polisi aksiya iştirakçılarını mobil telefon siqnalları ilə aşkarlayır
-
Hökumət geri addım atdı
Çində baş verən etiraz aksiyalarının görünməmiş miqyası pandemiya yumşalmalarına səbəb oldu
-
Çində polis nümayişlərə maneə törədib
Sərt tədbirlər davam edir
-
Fransada COVİD-19 yoluxmalarında artım
Ölkə bronxiolit epidemiyasından keçir
-
Çində etirazlar şiddətlənir
İzdihama qalxan xalq karantin çadırlarını və test götürülmə kabinetlərini dağıdıb
-
Çin qaynayır
İnsanlar COVİD qapanmalarından bezib, gündəlik yoluxma sayı on minlərlədir
-
Çində COVİD dalğasının sayı itib
Parklar, ticarət mərkəzləri və muzeylər yenidən bağlanıb
-
10 min yeni yoluxma
5 milyondan çox insan qapanmalar altında yaşayır
-
Çinin əvvəlki tempi bərpa olunmayacaq
Dünya iqtisadiyyatı tənəzzüldən qurtulmağa çalışır
-
Yoluxma 300-ü keçdi
175 nəfər sağalıb
-
“Kentavr” təhlükəlidir?
DST-dən COVID-19-un subvariantı barədə açıqlama
-
Dünya dizüstə qalıb
Beynəlxalq iqtisadiyyat dilemma ilə qarşı-qarşıyadır
-
Xəstə sayı 1096 nəfər oldu
COVİD-19-a yoluxma sayı yenə artdı
-
Maska rejimi qayıdır?
Səhiyyə Nazirliyi COVİD-19-la bağlı əhaliyə müraciət etdi
Danimarka Səhiyyə Qurumu COVİD-19-un digər xəstəliklərlə müqayisədə artıq xüsusi bir hal olmadığını və test cavabı pozitiv çıxanlar üçün karantin məcburiyyətinin ləğv edildiyini açıqladı.
Agentlik insanlara virusun və qripin simptomları varsa, onu yaymamaq üçün evdə qalmağı tövsiyə edib.
Səhiyyə Agentliyinin sədr müavini Liniya Raahuqe Hvass (Line Raahauge Hvass), “COVİD-19 ilə mübarizə çərçivəsində həm cəmiyyətdə, həm də səhiyyə xidmətlərində normal şəraitə doğru daha çox addım ata bilərik”, – deyib.
“Tənəffüs yolu infeksiyalarının bütün növlərinin qarşısını almaq çox vacibdir, çünki qrip xüsusilə yaşlılar və xroniki xəstəlikləri olanlar üçün ciddi ola bilər”. Hvass belə bir vəziyyətin baş verəcəyi təqdirdə səhiyyə xidmətlərinin çətinləşə biləcəyinə diqqət çəkib.
“İnsanlar xəstədirlərsə, istər COVİD-19, istər qrip, istərsə də tənəffüs yoluxucu infeksiyalar olsun, evdə qalmalıdırlar”, – deyə Hvass bildirib.