vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
ASİYA  
17:17 | 15 yanvar 2024 | Bazar ertəsi Məqaləyə 1732 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Səddam “dirilir”?!

İraq parlamentində diktator və qadağan olunmuş partiya ilə bağlı qalmaqallar

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

İraq parlamentinin yeni prezidentinin seçilməsi ilə bağlı sessiyaya saatlar qalmış namizədlərin şansları ilə bağlı aparılan siyasi müzakirələr onların keçmiş rejim lideri Səddam Hüseynlə münasibətləri ətrafında polemikaya çevrilib.

Sosial media platformalarında əl-Əzim koalisiyasından parlament sədrliyinə üç namizəddən biri, keçmiş parlament sədri Mahmud əl-Məşhədaninin devrilmiş diktator Sədsam Hüseyni tərifləyən video yayımlanıb. Bundan əlavə, "Tekaddum" partiyasının namizədi Şalan əl-Kərimin 2013-cü ildə Səddam Hüseynə mərhəmət dilədiyini görüntüləyən başqa bir video yayımışdı.

Tənqidlərə cavab olaraq əl-Kərim mətbuata açıqlamasında bildirib ki, “Sosial media platformaları videonun bir hissəsini götürüb və onu qadağan olunmuş BƏƏS Partiyası və onun simvollarını dəstəkləməkdə ittiham etmək üçün istifadə edib”. Əl-Kərim bu videonun yayılmasını “ədalətsiz və hörmətsiz təcrübə” adlandırıb və əlavə edib: “O zaman bu qərardan apellyasiya şikayəti verdim və yuxarı məhkəmə videonun böhtan məqsədi ilə təhrif edildiyini təsdiq edərək şikayətimi qəbul etdi”.

Parlament səsvermənin birinci turunu başa vursa da üç namizəddən heç biri mütləq səs çoxluğu qazana bilməyib. Əl-Kərim 152 səslə lider olub. Xamis əl-Hancerin rəhbərlik etdiyi Əl-Siyade lideri Səlim əl-İsavi 97 səslə ikinci, keçmiş baş nazir Nuri əl-Malikiyə yaxın olan Məşhədani isə 48 səslə üçüncü olub.

Partiya liderləri ikinci turda hansı namizədlərin mübarizə aparacağı ilə bağlı mübahisəni həll etmək üçün hüquq məsləhətçiləri ilə görüşlər keçirib. Görüşdə növbəti turda birinci və ikinci yerin qaliblərinin, yoxsa hər üç namizədin yarışacağı müzakirə olunub.