vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 11 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
20:23 | 16 fevral 2022 | Çərşənbə Məqaləyə 2044 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Düşmənin təşvişi artır

“Halqa” əməliyyatının ikinci mərhələsinə start verilib?

Alpər MÖVLUDOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

“Dəfələrlə səsləndirilib ki, rəqibin Laçın rayonu ərazisində keçirdiyi hərbi təlimlər konkret məqsədlər güdür”. Bunu “Facebook” səhifəsində erməni ictimai xadim Alen Qulyan yazıb.

Onun sözlərinə görə, sentyabrın əvvəllərində Azərbaycanın nəzarətində olan Laçın ərazisində Türkiyə-Azərbaycan birgə taktiki təlimləri keçirilib.

“Azərbaycan Müdafiə Nazirliyi relizlə diqqəti hərbi qulluqçuların mürəkkəb şəraitdə müasir hərbi texnikadan istifadə etmək vərdişlərinin artırılmasına da yönəldib. Yəni, ehtimal etmək olar ki, Laçın dəhlizi çoxdan xüsusi əməliyyatların keçirilməsinin döyüş meydanı kimi seçilib. Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsinin rəisi bugünkü mətbuat konfransında bildirib ki, yaxın vaxtlarda təkcə Arayik Harutyunyan deyil, cinayət törətmiş bütün şəxslər də həbs olunacaqlar. “Halqa” əməliyyatının ikinci mərhələsinə start verilib”, - deyə erməni ictimai xadim bildirib. (Ordu.az)