İran AES tikintisinə başladı
8 ilə başa gələcək layihənin 2 milyard qiyməti var
XALİDƏ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Seçimin içindən seçilən
İranda xalq prezidenti dini liderin təsdiq etdiyi şəxslərin arasından seçir
-
Rəisinin və sistemin taleyi
Rejimin yeni Rəfsəncani-Xomenei modelinə ehtiyacı var, amma ...
-
İranda monarxiya qurulur?
Müctəba Xamenei heç bir rəsmi vəzifəsi olmadan ölkənin ən nüfuzlu simalarından biridir
-
Rejimin Rəisi ilə birgə düşən maskası
İran prezidentinin ölümü həm ölkəsində, həm də regionda dönüş nöqtəsi oldu
-
Qəzamı, yoxsa qəsdmi?...
Aviasiya qəzalarında həlak olan dünya liderləri
-
Dini liderlik uğrunda savaş
Rəisinin ölümü iki qardaş arasında olan gizli mübarizəni alovlandırdı
-
Əgər qəza deyilsə, ...?
“İranın sui-qəsdlərə meylli siyasi mədəniyyətində çox az adam Rəisinin ölümünün təsadüf olduğuna inanacaq”
-
... İranın faciələri
2020-ci ildən bu günə qədər ...
-
“Hüccətül-İslam” necə Ayətullah oldu?
Dini lider Əli Xamenei oğlunu hakimiyyətə hazırlayır
-
Rəisi kim idi?
İndi nə olacaq?
-
Rəsini kim əvəzləyəcək?
İran prezidentinin olmadığı müddətdə proses necə gedəcək?
-
Qəzadan sağ çıxan olmayıb
İran dövlət televiziyası Prezident Rəisi və xarici işlər naziri Abdullahiyan həlak olduğunu təsdiqləyib
-
Milyarderin edam hökmü ləğv edilib
Babək Zəncaninin əfv fərmanını Xamenei təsdiqləyib
-
Təcavüz etdikdən sonra öldürüblər
Meyiti 9 gün sonra morqda tapılan qızın dəhşətli sonu
-
Tehran Əsədi məcbur edir
Qonşu ölkələr tərəfindən rədd edilən rejim “qardaş”ının tələbinə boyun əyir
-
İranda timsah həyəcanı
Sel nəticəsində 8 nəfərin ölümü təsdiqlənib
İranın cənub-qərbində yerləşən Xuzistan əyalətində “Karun” adlı yeni atom elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib. Mərasimdə çıxış edən ölkənin Atom Enerjisi Agentliyinin sədri Məhəmməd İslami “Bu nüvə təsisi ilə ölkənin elektrik istehsalının yüzdə 20-ni nüvə enerjisindən alacağıq. Bununla keyfiyyətli və ucuz enerjidən faydalanacağıq”.
Atom Enerjisi Agentliyinin nüvə stansiyalarını inkişaf etdirməyi hədəflədiyini vurğulayan İslami, Karun nüvə təsisinin enerji istehsalına töhfə verəcəyini qeyd edib: “Hökumət enerji istehsalına və ucuz yanacağın istifadəsinə diqqət yetirir. Biz bir qurum olaraq, nüvə obyektlərini inkişaf etdirmək istəyirik. Onun verəcəyi töhfə, qurumun qarşıdakı 20 illik hədəfidir”.
Bildirilib ki, Xuzistan əyalətinin Əhvaz şəhərinin Darxoveyn rayonunda 300 meqavat enerji istehsal etmək gücündə olacaq və təzyiqli su reaktoru (PWR) ilə işləyəcək “Karun” atom elektrik stansiyasının tikintisi 8 il çəkəcək. Layihənin təxminən 2 milyard dollara başa gələcəyi gözlənilir.