“Tramp bizdən icazə almayıb”
İraq prezidenti: “ABŞ böyük gücdür, amma ...”
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Seçimin içindən seçilən
İranda xalq prezidenti dini liderin təsdiq etdiyi şəxslərin arasından seçir
-
Rəisinin və sistemin taleyi
Rejimin yeni Rəfsəncani-Xomenei modelinə ehtiyacı var, amma ...
-
İranda monarxiya qurulur?
Müctəba Xamenei heç bir rəsmi vəzifəsi olmadan ölkənin ən nüfuzlu simalarından biridir
-
Rejimin Rəisi ilə birgə düşən maskası
İran prezidentinin ölümü həm ölkəsində, həm də regionda dönüş nöqtəsi oldu
-
Çin Qərbin əl-qolunu bağlayıb
Pekinin aqressiv strategiyaları mədən müharibəsində “dözülməz rəqabət” yaradıb
-
“Zərif emosiya ilə dolu qəddar təhlil”
Kanndakı premyerasından sonra mübahisəli film üçün tərif yağışı
-
“Tramp Media”nın səhmləri çökdü
Keçmiş prezidentinin itkisi ən azı 766 milyon dollardır
-
Qəzamı, yoxsa qəsdmi?...
Aviasiya qəzalarında həlak olan dünya liderləri
-
Dini liderlik uğrunda savaş
Rəisinin ölümü iki qardaş arasında olan gizli mübarizəni alovlandırdı
-
Əgər qəza deyilsə, ...?
“İranın sui-qəsdlərə meylli siyasi mədəniyyətində çox az adam Rəisinin ölümünün təsadüf olduğuna inanacaq”
-
... İranın faciələri
2020-ci ildən bu günə qədər ...
-
İrqçi siyasətçinin qubernatorluq iddiası
Respublikaçıların Missuri ştatındakı namizədlərinin özünəməxsusluğu ...
-
“Hüccətül-İslam” necə Ayətullah oldu?
Dini lider Əli Xamenei oğlunu hakimiyyətə hazırlayır
-
Rəisi kim idi?
İndi nə olacaq?
-
Rəsini kim əvəzləyəcək?
İran prezidentinin olmadığı müddətdə proses necə gedəcək?
-
Qəzadan sağ çıxan olmayıb
İran dövlət televiziyası Prezident Rəisi və xarici işlər naziri Abdullahiyan həlak olduğunu təsdiqləyib
İraq prezidenti Bəhran Salih bəyan edib ki, ABŞ prezidenti Donald Tramp İraq ərazisindəki amerikalı qoşunların İranı güdməsi üçün rəsmi Bağdadın icazəsini almayıb.
“Reuters” xəbər verir ki, bu barədə Bağdadda forumda çıxış edən Salih ABŞ prezidenti Donald Trampın İraqdakı amerikalı qoşunların “missiyası” ilə bağlı “CBS” telekanalında dediklərinə reaksiya verərkən bildirib.
“ABŞ qoşunları Vaşinqtonla Bağdad arasındakı ikitərəfli razılaşma əsasında sırf terrorizmlə mübarizə kimi konkret missiya üçün İraqdadır və bu missiyadan kənara çıxmamalıdırlar. İraqı öz problemlərinizlə yükləməyin. ABŞ böyük gücdür, amma yalnız öz siyasi maraqlarını güdməməlidir, çünki burada yaşayan bizik. İranla və digər qonşu ölkələrlə yaxşı münasibətlərə sahib olmaq İraqın fundamental marağıdır”, - Bəhran Salih vurğulayıb.
Tramp “CBS” telekanalına müsahibəsində ABŞ-ın İraqdakı hərbi iştirakının Vaşinqtonun İranı yaxından güdməsi və nəzarətdə saxlaması baxımından olduqca vacib olduğunu bildirmişdi.