vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
ASİYA  
23:08 | 1 may 2024 | Çərşənbə Məqaləyə 592 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ruanq vulkanı xəbərdarlığı

12 min insan təxliyə edilib, 7 hava limanında uçuşlar dayandırılıb

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

İndoneziyada Ruanq vulkanında davam edən vulkanik fəaliyyətlər səbəbiylə bölgədəki 12 min insan üçün təxliyə qərarı verilib.

İndoneziyanın şimalındakı Ruanq adasında yerləşən vulkanının lava və kül püskürməsindən sonra bölgədə həyəcanlı gözləmə davam edir. Vulkanik fəaliyyətlərini davam etməsi ilə əlaqədar tədbir olaraq bölgədə 12 min insanın təxliyə qərarı verilib.

Ada ötən ay baş verən partlayışlar nəticəsində tamamilə boşaldılıb və adada yaşayan 828 nəfər ətraf ərazilərə yerləşdirilib. Son günlər partlayışların intensivləşməsi ilə əlaqədar təxliyənin həcmi də artıb. Səlahiyyətlilər sunami riskinə qarşı ada ətrafındakı kiçik adaları və Sulavesi əyalətinin sahillərini boşaltmağa qərar verib.

İndoneziya Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi tərəfindən verilən açıqlamada, vulkanda dünəndən bəri ən azı üç şiddətli partlayışın olduğu və bu partlayışlar nəticəsində əmələ gələn kül buludlarının 5 min metr yüksəkliyə və min kilometr sahəyə yayıldığı bildirilib.

Vulkan püskürmələri nəticəsində ətrafa yayılan küllər səbəbindən hava nəqliyyatında ciddi ləngimələr yaşanarkən, bölgədəki 7 hava limanında uçuşlar tamamilə dayandırılıb. Vulkanın püskürdüyü küllər qonşu Malayziyaya doğru irəliləyir.

2018-ci ildə İndoneziyada Anak Krakatoa vulkanının püskürməsi nəticəsində sunami baş vermiş, təbii fəlakət nəticəsində 426 nəfər həyatını itirmiş, on minlərlə insan yaralanmışdı.