vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
AİLƏ  
10:43 | 1 may 2024 | Çərşənbə Məqaləyə 678 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Milyonluq təşviq

Cənubi Koreya hökuməti hər doğulan körpə üçün fantastik məbləğ təklif edir

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Cənubi Koreya ölkədə azalan doğum nisbətini artırmaq məqsədilə doğulan hər körpə üçün valideynlərə 100 milyon von (72 min dollardan çox) nağd pul ödəməyi düşünür.

Cənubi Koreya hökumətinin Korrupsiyaya Qarşı Mübarizə və Mülki Hüquqlar Komissiyası icradan əvvəl ictimai rəyi ölçmək üçün ictimai rəy sorğusu keçirir.

Aprelin 17-də başlayan sorğuda proqram üçün hər il 22 trilyon von (16 milyard dollara) xərcləmənin məqbul olub-olmadığını və maddi təşviqin ölkədəki cütlükləri uşaq sahibi olmağa sövq edib-etməyəcəyini anlamaq üçün dörd suala cavab axtarılır.

Bu məbləğ aşağı doğum səviyyəsinin aradan qaldırılması üçün təşəbbüslərə ayrılan hər il 48 trilyon von (təxminən 34.6 milyard dollar) təşkil edən cari milli büdcənin təxminən yarısına bərabərdir.

Komissiyanın açıqlamasında deyilir: “Biz birbaşa maliyyə yardımının effektiv həll yolu olub-olmadığını müəyyən etmək üçün ölkənin doğum təşviqi siyasətini yenidən qiymətləndirməyi planlaşdırırıq".

Cənubi Koreya hökuməti və siyasətçiləri uşaq doğumunun azalması böhranını həll etmək üçün yeni və innovativ tədbirlər tapmağa çalışırlar. Ölkədə doğum nisbətləri 2023-cü ildə bir qadına 0,72 körpəyə enərək, ən aşağı milli doğum səviyyəsidir.

Ölkədəki demoqrafik böhran bir sıra amillərlə əlaqələndirilir, lakin koreyalı cütlüklərin yaşayış dəyərinin artması və həyat keyfiyyətinin aşağı düşməsi ilə bağlı məyusluğu əsas səbəb kimi görünür.

Hökumətin valideynləri həvəsləndirmək proqramının bir hissəsi olaraq, Koreyalı cütlüklər uşaqlarının doğulduğu andan 7 yaşına qədər müxtəlif təşviq və dəstək proqramları vasitəsilə 35 milyon von (25 min dollardan çox) ilə 50 milyon von (36 min dollar) arasında maliyyə yardımı alırlar.

Bu xəbər Cənubi Koreyalı bir şirkətin müdirinin işçilərə uşaq sahibi olmaq və ölkədə doğum nisbətini artırmaq üçün pul təklif etdiyi bir vaxta təsadüf edir. Seulda yerləşən tikinti şirkəti “Booyoung Group” işçilərinə hər dünyaya gələn uşaq üçün 100 milyon von (72 min dollar) ödəməyi planlaşdırır.

Şirkət həmçinin əlavə edib ki, 2021-ci ildən bəri 70 uşaq dünyaya gətirən işçilərinə ümumilikdə 7 milyard von (5 milyon dollar) nağd pul ödəyəcək. Şirkət sözçüsü bildirib ki, bu mükafat kişilər və qadınlar üçün keçərlidir.