vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
DİGƏR NÖVLƏR  
22:15 | 1 may 2024 | Çərşənbə Məqaləyə 541 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

5-ci dövrədəki SON

Erik Koma: “O məni xilas etdi, mən ona kömək edə bilmədim”

Rahim ƏLİYEV

Düz 30 il keçdi... Bu 30 ildə nə qədər hadisələr, qələbələr, məğlubiyyətlər, titullar ola bilərdi. Hamısı oldu, amma başqası üçün, amma onsuz...

Düz 30 il əvvəl əfsanəvi bir trasda əfsanələrin əfsanəsi əbədiyyətə qovuşdu - qəzanın səbəbləri barədə hələ də versiyalar söylənilir, amma fakt budur ki, İmolada Dino və Enzo Ferrarilərin adını daşıyan trasdakı sərt Tamburello döngəsi 5-ci dövrədə Senna üçün SON oldu...

O zaman dərhal bilinmədi, hətta sürücünün başını tərpətməsi ümid verdi mənə ki, hələ sağdır. Əlbəttə, beton divara o boyda sürətlə girməsinin fəsadları barədə heç düşünmürdüm, təsəvvür edə bilmirdim ki, SENNA kim bir sürücü ölə bilər, özü də sükan arxasında, özü də trasda, yarışda...

Amma Senna həmin gün maşından düşmədi, əvvəlki qəzalarında olduğu kimi dəbilqəsini əlinə alıb arxasına baxmadan boksa tərəf getmədi. Sennanı helikopterə qoyub Bolonya hospitalına göndərdilər.

Dünən oraya Roland Ratzenbergeri aparmışdılar və axşam ölüm xəbəri yayılmışdı. Bu dəfə hər şey təkrar oldu – axşam xəbərlərdə dedilər ki, artıq Senna YOXDUR!!!

1992-ci ildə başqa bir əfsanəvi trasda – Spada Ligier komandasının sürücüsü Erik Koma sıralanma turunda ağır qəza keçirmişdi. 320 km/saat sürətlə divara çırpılan fransalı sürücünün həyatını Senna xilas etmişdi.

İmolada Sennanın qəzasından sonra bütün sürücülər boksa qayıdırdılar və pit girişində anlaşılmazlıq yaranır, Erik Koma onda artıq Larrousse komandasının sürücüsü idi, marşalları başa düşmür və pit əvəzinə trasa çıxır. Erik düz Tamburelloya qədər gəlir və dayanır. Sennanı onun gözləri önündə helikopterə yükləyirlər. Erik deyirdi ki, o məni ölümdən xilas etmişdi, amma indi mənim gözlərim önündə can verirdi və mən ona kömək edə bilmədim. Erik təkrar starta çıxmadı...