vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
12:21 | 1 may 2024 | Çərşənbə Məqaləyə 671 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qarğa səsli “bülbül”

Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir

ELBƏYİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Vladimir Solovyov Rusiya təbliğat maşınının əsas simalarından biridir. O, bütün varlığı ilə ermənilərin tərəfindədir, türk millətinə isə yumşaq desək, nifrət edir.

Ermənistan rəsmi şəkildə onun rəhbərlik etdiyi tele-proqramlara qadağa qoyub. Niyə? Çünki Vladimir Solovyov Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını süngü ilə qarşılayıb və bu prosesin durdurulması üçün irimiqyaslı kampaniya aparır.

Şübhəsiz ki, Vladimir Solovyov Ermənistanı sevən adamdır. Ancaq o, Rusiyanın yanında müti olan və rəsmi Moskvanın buyruqlarını yerinə yetirən Ermənistanı sevir. Qərblə yaxınlaşma xətti yeridən, Azərbaycan və Türkiyə ilə anlaşmağa çalışan Ermənistan, xüsusən onun hazırkı iqtidarı Vladimir Solovyovun qara siyahısında başda gəlir.

Aydındır ki, Vladimir Solovyov özfəaliyyətlə məşğul deyil. Ermənistan-Azərbaycan yanaşması bütövlükdə Rusiya mediasında qərəzli şəkildə işıqlandirilir. Məqsəd iki qonşu dövlət arasında anlaşmanın qarşısına Çin səddi çəkməkdən ibarətdir. Rusiya hesab edir ki, Azərbaycan ilə Ermənistan arasında düşmənçilik yoxdursa, qan tökülmürsə, deməli, Rusiya Cənubi Qafqazda heç kimə lazım deyil. Yalnız ortada düşmənçilik olanda Rusiya Cənubi Qafqazda yenidən söz sahibi ola bilər.

Azərbaycan üçün vəziyyət o qədər də sadə deyil. Rəsmi Bakı Ermənistandan mümkün qədər daha çox güzəşt qoparmağı bacarmalıdır. Eyni zamanda Nikol Paşinyan iqtidarının güclənməsini təmin etməlidir. Niyə? Çünki Ermənistanda Rusiyapərəst bir siyasətçi iqtidara gəlsə, vəziyyət kökündən dəyişəcək. Rusiya yenidən Ermənistana qucaq açacaq, müvafiq olaraq rəsmi Moskvanın Azərbaycana münasibəti pisləşəcək. Buna isə imkan vermək olmaz.

Azərbaycanın xarici siyasəti sirkdəki mahir akrobatı xatırladır. O, son dərəcə effektiv proqram nümayiş etdirir. Ancaq kiçik bir səhv ciddi problemlər yarada bilər. Ona görə də Azərbaycanın səhv etmək şansı yoxdur.