vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
14:32 | 30 aprel 2024 | Çərşənbə axşamı Məqaləyə 561 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya BMT sanksiyalarını pozub

Ukraynada Şimali Koreyaya məxsus raketin qalıqları tapılıb

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Birləşmiş Millətlər Təşkilatının (BMT) sanksiya müşahidəçilərinin məlumatına görə, yanvarın əvvəlində Rusiya ordusunun hücumuna məruz qalan Ukraynanın Xarkov şəhərində Şimali Koreyanın “Hwasong 11” ballistik raketinin hissələri aşkar edilib.

“Reuters”in nəzərdən keçirdiyi hesabatda müşahidəçilər Təhlükəsizlik Şurasına 2024-cü il yanvarın 2-də Ukraynanın Xarkov şəhərinə atılan raketin qalıqlarının Koreya Xalq Demokratik Respublikasının (KXDR) “Hwasong 11”-ə aid olduğunu bildiriblər. Hücum nəticəsində azı 3 nəfər ölmüş, 62 nəfər yaralanmışdı.

Hesabatda qeyd olunub ki, Rusiya Şimali Koreya raketlərindən Ukraynada istifadəsi etməklə BMT-nin 2006-cı ildə Şərqi Asiya ölkəsinə tətbiq etdiyi silah embarqosunu pozub.

“Ukrayna rəsmilərinin verdiyi trayektoriya məlumatları raketin Rusiya Federasiyası ərazisindən buraxıldığını göstərir”, – müşahidəçilər Təhlükəsizlik Şurasının Şimali Koreya sanksiyaları komitəsinə bildiriblər.

Silahın qalıqlarını araşdırmaq üçün aprelin əvvəlində Ukraynaya gedən sanksiya müşahidəçiləri raketin Rusiya istehsalı olmasına dair heç bir sübut tapmayıblar. Hesabatda bildirilib ki, “raketin haradan və kim tərəfindən buraxıldığı müəyyən edilməyib”.

Şimali Koreya nüvə raket proqramına görə BMT-nin sanksiyalarına məruz qalır və nüvə silahını sınaqdan keçirmək və istifadə etmək qadağandır. Bununla belə, Kim Çen In rejimi sanksiyalara məhəl qoymur və bir sıra silahları sınaqdan keçirir və bəzi raket sistemlərini Rusiya ilə paylaşır.

KXDR təkcə ötən il ölkə 30-dan çox ballistik raketi, o cümlədən 5 qitələrarası ballistik raketi sınaqdan keçirib.