vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
BÖHRAN  
00:57 | 1 may 2024 | Çərşənbə Məqaləyə 648 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məsciddə terror

İŞİD hücuma görə məsuliyyəti üzərinə götürüb

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Aprelin 29-da vaxtla 21:00 radələrində Herat vilayətində Əfqanıstanın qərbindəki Herat əyalətində məsciddə silahlı hücum baş verib. Terror nəticəsində 6 nəfər həyatını itirib. Hücumu İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Taliban hökuməti Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Kani Metin sosial media platformasında verdiyi açıqlamada, Güzera rayonunda məscidə hücum edən şəxsin Kalaşnikov avtomatından atəş açması nəticəsində 6 nəfərin həyatını itirdiyini bildirib.

Metin hadisə ilə bağlı ətraflı açıqlamanın daha sonra veriləcəyini qeyd edib.

Digər tərəfdən “TOLO News” kanalı şiə məscidinə edilən hücumda aralarında məscid imamı da daxil olmaqla 7 nəfərin öldüyünü açıqlayıb. İŞİD “Telegram” sosial şəbəkəsində verdiyi açıqlama ilə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.