vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
AMERİKA  
23:46 | 30 aprel 2024 | Çərşənbə axşamı Məqaləyə 629 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

3,4 milyard dollarlıq təlatüm

Keçən il 60 yaşdan yuxarı 100 mindən artıq ABŞ vətəndaşı fırıldağın qurbanı olub

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) ölkədəki fırıldaqçılıqla bağlı məlumatları özündə əks etdirən hesabat dərc edib. Hesabatda FTB-yə ötən il 60 yaşdan yuxarı fırıldaqçılıq qurbanlarından 100 mindən çox şikayət daxil olduğu bildirilib.

Hesabatda qurbanların 2023-cü ildə 3,4 milyard dollardan çox aldadıldığı və 60 yaşdan yuxarı insanlardan gələn şikayətlərin əvvəlki ilin məlumatlarından təxminən 11 faiz çox olduğu məlumatı paylaşılıb.

FTB-nin Cinayət Axtarış Departamenti direktorunun müavini Ceyms Barnakl hadisənin ciddiliyini vurğulayaraq, “Bu vəziyyət pul qazanmaq imkanı olmayan insanlar üçün dağıdıcı ola bilər. İnsanlar bütün əmanətlərini itirirlər”, – deyib.

Yaşlı amerikalıları hədəf alan mütəşəkkil cinayət cəhdlərinin müxtəlif taktikalardan istifadə etdiyinə diqqət çəkən Barnakl, “fırıldaq sxemlərinin bir çoxu qurbanların bank köçürmələri və ya kriptovalyuta köçürmələri ilə pul göndərməsini əhatə edir”, – deyib.