vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
AMERİKA  
10:29 | 1 may 2024 | Çərşənbə Məqaləyə 631 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Reseptlə satılacaq

ABŞ-də tarixi “marixuana” hazırlığı

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-də narkotik istifadəsi ilə mübarizə məqsədilə yaradılan qurumun marixuana ilə bağlı addım atacağı gözlənilir. Narkotiklərlə Mübarizə İdarəsi tarixi bir dəyişikliklə marixuana ilə bağlı məhdudiyyətləri yumşaltmaq üçün hərəkətə keçəcəyi bildirilib.

Federal səviyyədə edilməsi planlaşdırılan dəyişikliklə marixuana dərhal qanuniləşdirilməyəcək, lakin tibbi yönümdən istifadəsi asanlaşdırılacaq.

Federal qanunlara görə, marixuana sui-istifadə potensialı yüksək olan və tibbi istifadəsi olmayan maddə hesab olunur. Planlaşdırılan dəyişikliyə əsasən, narkotik vasitə reseptlə satılan dərmanlarla eyni səviyyəyə gətiriləcək. Sözügedən təklifin nəzərdən keçirildikdən sonra Ağ Evə göndərildiyi bildirilib.

Bu addımın ştatlarda marixuana sənayesini gücləndirəcəyi və bəzi şirkət səhmlərinin bahalaşdığı bildirilir.

Planlaşdırılan dəyişikliyin ölkədə uzun müddət narkotiklərə qarşı apardığı müharibənin səbəb olduğu irqi bərabərsizliyi yaxşılaşdırmağa çalışan prezident Co Bayden üçün siyasi qazanc ola biləcəyi şərh edilir.

Bu siyasət dəyişikliyi ölkədə marixuananın əldə edilməsinin həmişəkindən daha asan olması və çox milyardlarla dollarlıq sənayeyə çevrilməsi ilə əlaqədardır. Tibbi marixuana 38 ştatda qanunidir. 24 ştatda isə istirahət məqsədilə istifadəsinə icazə var.