vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
CƏMİYYƏT  
15:32 | 13 yanvar 2014 | Bazar ertəsi Məqaləyə 1800 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Təəssüf edirəm»

Əbiyev sükutu pozdu

MÖVZU İLƏ ƏLAQƏLİ

Müdafiə naziri vəzifəsindən azad olunandan sonra, haqqında demək olar ki, hər gün müxtəlif məlumatlar yayılan sabiq nazir Səfər Əbiyev sükutu pozub.

Səfər Əbiyev «Qafqazinfo» ilə əlaqə saxlayaraq haqqında gedən yazılarla bağlı eksklüziv açıqlama verib. Sabiq nazir son olaraq adının özünü yandıraraq həlak olan Qarabağ qazisi Zaur Həsənovun ölüm işində hallandırılmasına etiraz edib. O, bildirib ki, sözü gedən yazıda onun adı ilə əlaqələndirilən «Edis Qroup» şirkəti ilə heç bir əlaqəsi olmadığını, ümumiyyətlə bu şirkət barəsində birinci dəfə eşitdiyini deyib:
«Mən bu məlumatların hansı mərkəzdən idarə olduğunu yaxşı bilirəm. Mənim hər hansı bir xarici şirkətlə əlaqəm yoxdur. Haqqımda yazılan həm bu həm də digər dəqiqləşdirilməmiş xəbərlərə görə, təəssüf edirəm».
Qeyd edək ki, bu gün «Yeni müsavat» qəzetində «Özünü yandıran Qarabağ qazisi işində Səfər Əbiyev izi» başlıqlı yazı dərc edilib. Həmin yazıda dünyasını dəyişən Qarabağ qazisi Zaur Həsənovun özünün yandırmasına səbəblərdən biri kimi göstərilən «Edis Qroup» şirkətinin sabiq müdafiə naziri Səfər Əbiyevə yaxın şəxslər tərəfindən idarə edildiyi iddia edilib.