vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
MƏMLƏKƏT  
12:18 | 22 dekabr 2022 | Cümə axşamı Məqaləyə 8824 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Naxçıvana həyatı qaytarmağın yolu

Bir nazirin oğurladığı pula iki aeroport tikmək olar

ELNUR

MÖVZU İLƏ ƏLAQƏLİ

Naxçıvana həyatı qaytarmağın yolu orada infrastruktura böyük investisiya qoyuluşu etməklə mümkündür. Naxçıvanı əhali əsasən işsizlikdən tərk edib. Ordubad və Sədərək/Şərurda hava limanlarının inşa edilməsi, Bakıdakı bir neçə böyük universitetlərin həmin rayonlara köçürülməsi üçün Türkiyədəki kimi yataqxanaları olan universitet binaları/şəhərciklərinin inşası, Naxçıvan-Qars dəmir yolunun tikilməsi, Bakı-Tbilisi-Ərzurum qaz kəmərindən Naxçıvana qaz kəmərinin çəkilməsi Naxçıvanda tikinti bumu yarada bilər. Nəinki oranı tərk etmiş ucuz işçi qüvvəsinin hamısını, hətta Azərbaycanın digər bölgələrindən də, İğdırdan da işçi qüvvəsini Naxçıvana cəlb edə bilər. Tikinti sektoru iqtisadiyyatın digər sektorlarıyla müqayisədə ən çox multiplikator effekti olan sektordur. İqtisadiyyatın digər sahələrinin də inkişafına təkan verə biləcək.

Universitetlərə qəbul olunan tələbələr ölkənin müxtəlif bölgələrindən olur. Universitetlər ölkənin müxtəlif bölgələrindən olan insanları bir yerə toplaya bilir. Bir neçə universitetin Naxçıvana köçürülməsi Azərbaycanın əksər bölgələriylə Naxçıvanın əlaqələndirilməsi demək olacaq. Hava limanlarının tikilməsiylə gediş-gəlişin asanlaşması Azərbaycanın digər bölgələrində qapısından qıfıl asılmış aeroportların da işləməsinə gətirib çıxara bilər. Bir neçə universitetin Naxçıvana köçürülməsi Naxçıvan-Gəncə, Naxçıvan-Zaqatala, Naxçıvan-Lənkəran aviareyslərinin açılması ilə nəticələnəcək. Tələbələrin evlərinə gediş-gəlişi, onların valideynlərinin övladlarını ziyarəti tələbat yaradacaq və nəticədə bölgələrdəki hava limanları da işə düşəcək.

Bir çoxları Naxçıvanda belə böyük layihələrin maliyyə mənbələrinin tapılmasının mümkün olmayacağını iddia edə bilər. Orada həyata keçirilmiş son korrupsiya həbslərində 3 məmurun ictimaiyyətə verilən məlumatda mənimsədiyi məbləğin təqribən 500 milyon manat olduğu bildirildi. Eurasianet.orq-un verdiyi məlumata görə Füzuli Beynəlxalq Hava limanının tikintisi 75 milyon AZN-ə baş gəlib. Naxçıvanın sabiq maliyyə naziri Rafael Əliyevin oğurladığı 144 milyon manatla orada iki hava limanının tikintisini maliyyələşdirmək mümkündür. Digər məmurların da oğurladıqlarını bir yerə toplasan Naxçıvanın öz pulları hesabına oraya yenidən həyatı qaytarmaq mümkündür.

Naxçıvanda həyatın dirildilməsi, materik Azərbaycanla oranın arasında böyük trafikin yaradılması Zəngəzur dəhlizinin açılması üçün Ermənistana əlavə təzyiq yaradacaq. Ermənistanın havadarları belə ona təzyiq edəcək ki, Naxçıvanla materik Azərbaycanı kommunikasiyadan məhrum edə bilməzsən. Azərbaycanlıları ölkənin bir yerindən digər yerinə getdiklərinə görə gömrük və sərhəd yoxlamasından keçirə bilməzsən. Nəticədə Ermənistan məcbur qalıb Zəngəzur dəhlizini açacaq.