vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AMERİKA  
22:26 | 3 aprel 2024 | Çərşənbə Məqaləyə 731 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Təyyarəsi yenə xarab oldu

NATO toplantısına maşınla getdi

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

Daha əvvəl təyyarəsinin nasazlığı səbəbindən İsveçrədə çıxılmaz vəziyyətə düşən ABŞ dövlət katibi Antoni Blinkeni şanssızlıq qarabaqara izləyir. ABŞ dövlət katibi bu dəfə təyyarəsi xarab olduğu üçün Brüsseldə NATO Xarici İşlər Nazirlərinin toplantısına maşınla getdiyi bildirilib.

ABŞ Dövlət Departamentinin sözçüsü Blinkeni və ABŞ nümayəndə heyətini daşıyan təyyarənin Parisdə xarab olduğunu və mexaniki nasazlığın aşkar edildiyini bildirib. Buna görə də nümayəndə heyəti Parisdən Brüsselə maşınla getməli olub.

ABŞ dövlət katibi yanvar ayında təyyarəsi sıradan çıxdıqdan sonra İsveçrənin Davos şəhərində kuryoz vəziyyətə düşüb. Dünya İqtisadi Forumunda (WEF) iştirak etdiyi İsveçrədə təyyarəsində yaranan problem səbəbindən ABŞ-a gedə bilməyən Blinken Brüsseldən şəxsi təyyarəsi ilə yola düşməli olub.