vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
11:14 | 21 aprel 2024 | Bazar Məqaləyə 348 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Haşdi Şabi”ni kim vurub?

Partlayış səsləri bu dəfə İraqdan gəldi

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

İran və İsrail arasında cavab gərginliyi azalsa da, İraqdan yeni bir hücum xəbəri gəldi. Bağdadın cənubundakı Babil şəhərində yerləşən, İran rejiminə yaxınlığı ilə tanınan “Haşdi Şabi” yaraqlılarına məxsus Kalsu hərbi bazasına hücum edilib.

Hadisə nəticəsində 1 ölü, 8 yaralı var. “Haşdi Şabi” hücuma görə ABŞ-ın məsuliyyət daşıdığını bildirilib. İranın dəstəklədiyi silahlı birləşmələrə yaxın mənbələr ABŞ və ya İsrail döyüş təyyarələrinin hava hücumu təşkil etdiyini bildirsələr də, ABŞ Mərkəzi Komandanlığı bu iddiaları təkzib edib.

Digər təkzib isə İsraildən gəlib. CNN-in İsrail mənbəsinə əsaslanan xəbərinə görə, “Haşdi Şabi”ni hədəf alan hücumun arxasında duran nə ABŞ-dir, nə də İsrail. Terror təşkilatı İŞİD-in bölgədə belə bir hücumu həyata keçirmək imkanının olmadığını nəzərə alsaq, İranın dəstəklədiyi qruplaşmanın kim tərəfindən hədəf alındığı müəmma olaraq qalır.