vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
10:21 | 1 aprel 2024 | Bazar ertəsi Məqaləyə 238 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İsrailin Hələbə hücumu

Onlarla rejim və Hizbullah yaraqlısı öldürülüb

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

İsrailin İranın Suriyadakı varlığını və Hizbullahı “hər yerdə” hədəf alması görünməmiş bir gərginliyə çevrilib.

İsrail ordusunun Hizbullahın bölmə komandir müavini kimi tanınan Əli Naim də daxil olmaqla 7 üzvünün öldürdüyü elan edilib. İsrailin müdafiə naziri Yoav Gallant “Biz Hizbullahı vurmaqdan sonra, terroçuları təqib etməyə keçdik. Beyrut, Baalbek, Sur, Sidon, Nabatea və hətta Dəməşq kimi daha uzaqlara –yerləşdikləri hər yerə çatacağıq. Bizə lazım olan yerdə fəaliyyət göstərəcəyik”, – deyib.

Gallant, Hələb hava limanı yaxınlığında 37 Suriya rejim və 7 Hizbullah yaraqlısının öldürüldüyü hücumlara görə İsrailin məsuliyyət daşıdığını eyham edib.

“Asharq al-Awsat-ın Ynet” saytının verdiyi xəbərə görə, İsrailin Hələb hava limanına endirdiyi hücum hava limanı ərazisində yerləşən İran silahlarının anbarını hədəf alıb. Anbarda idarə olunan raketlər, pilotsuz uçuş aparatları və raketlərin dəqiqliyini artıracaq avadanlıqların olduğu və Hizbullahın İsraillə mümkün hərtərəfli müharibə hazırlıqları çərçivəsində toplandığı iddia edilib.

Suriya İnsan Haqlarını Müşahidə Qrupu (SOHR) İsrailin hava zərbələri ilə Hələb Beynəlxalq Hava Limanı yaxınlığındakı Cəbrin bölgəsində Hizbullahın raket anbarına və yaxınlıqdakı təlim mərkəzinə zərbələr endirdiryini. SOHR-in verdiyi açıqlamada, hadisəni “İsrailin son üç ildə Suriyaya ən qanlı hücumu” kimi dəyərləndirib.