vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
ASİYA  
22:48 | 3 aprel 2024 | Çərşənbə Məqaləyə 796 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hindistanı narahat edən virus

LSD 100 min inəyin tələf olmasına səbəb oldu

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Hindistanda 100 min inəyin ölümünə səbəb olan LSD virusu alimləri təşvişə salıb. Virusun mənşəyi və genetik quruluşunu araşdıran tədqiqatçılar 1800-dən çox genetik mutasiya aşkar ediblər.

Hindistanlı elm adamları 2022-ci ilin may ayında epidemiyada topaqlı dəri xəstəliyinin mənbəyi olan virusunun genetik quruluşu ilə bağlı mühüm ipuçları tapıblar. Hindistan Elm İnstitutunun (IISc) Biokimya şöbəsinin professoru Utpal Tatunun rəhbərlik etdiyi qrup Qucarat, Maharashtra, Racastan və Karnataka da daxil olmaqla müxtəlif ştatlarda yoluxmuş inəklərdən nümunələr toplayıb və DNT analizi həyata keçirib.

Tədqiqatların sonunda ekspertlər biri əvvəlki yerli epidemiyaların ştammlarına, digəri isə 2015-ci ildə Rusiyada baş vermiş epidemiyanın ştammına bənzəyən iki əsas genetik variasiya müəyyən edib və ümumilikdə 1800-dən çox genetik mutasiyanı üzə çıxarıblar.

Əldə edilən tapıntıların hədəflənmiş genetik mutasiyaların müəyyən edilməsində kritik əhəmiyyət kəsb etdiyini deyən mütəxəssislər bu sayədə peyvənd işlərində irəliləyiş əldə edilə biləcəyini vurğulayıblar.

İlk dəfə 1929-cu ildə Zambiyada aşkar edilən LSD virusu 1989-cu ilə qədər yalnız Afrika bölgəsində görülüb. Daha sonra Cənubi Asiya, Yaxın Şərq, Rusiya və digər cənub-şərqi Avropa ölkələrinə yayılmağa başlayan virus 2019 və 2022-ci illərdə Hindistanda iki epidemiyaya səbəb olub. LSD virusunun yaratdığı viral infeksiya olan topaqlı dəri xəstəliyi milçəklər və həşəratlar tərəfindən ötürülür. Qızdırma və dəri düyünlərinə səbəb olan xəstəlik inəklər üçün ölümcül ola bilər.