vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
ASİYA  
14:49 | 3 aprel 2024 | Çərşənbə Məqaləyə 772 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Hwasongpho-16B” hədəfi vurub

Şimali Koreya hipersəs döyüş başlığı daşıyan ballistik raketi sınaqdan keçirib

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Şimali Koreya hipersəs döyüş başlığı daşıyan yeni tip orta mənzilli bərk yanacaqlı ballistik raket “Hwasongpho-16B”nin ilk sınağının uğurla həyata keçirildiyini açıqlayıb. Sınaqda Yapon dənizində əvvəlcədən müəyyən edilmiş hədəfin uğurla vurulduğu bildirilib. Pxenyan aprelin 2-də keçirdiyi ballistik raket sınağı ilə Koreya yarımadasında gərginliyi artırıb.

Sınaqdan sonra verilən rəsmi açıqlamada yeni tip orta mənzilli bərk yanacaqlı ballistik raket “Hwasongpho-16B”-nin hipersəs döyüş başlığına malik ilk sınağının uğurla tamamlandığı deyilir. Bildirilir ki, hipersəs döyüş başlığının orbital xüsusiyyətlərini və məsafələrarası manevr qabiliyyətini yoxlamaq məqsədilə keçirilən sınaqda Yapon dənizində əvvəlcədən müəyyən edilmiş hədəf uğurla vurulub.

Şimali Koreya lideri Kim Çen In silah sınağının müvəffəqiyyətindən məmnunluğunu ifadə edib və bildirib ki, düşmənlərə nəzarət etmək üçün tələb olunan “əzici güc” əldə etmək ən aktual məsələdir. Milli müdafiə qabiliyyətinin davamlı olaraq təkmilləşdirilməsinin vacibliyinə diqqət çəkən Kim, ordunu gücləndirməklə ölkənin sülhünü, firavanlığını və gələcəyini qorumağa davam edəcəklərini bildirib. O, vurğulayıb ki, “Hwasongpho-16B”nin uğurlu sınağı bütün dünyada istənilən düşmən hədəfini tez, dəqiq və güclü şəkildə vurmaq məqsədi kontekstində vacibdir.

Səs sürətinin 5 qatını keçən, saatda təxminən 6 min 200 kilometr sürətə çatan, həmçinin manevr edə bilən müxtəlif xarakterli başlıq daşıma vasitələrinə hipersəs silahları deyilir. Ballistik raketlərin yüksək sürətli üstünlüyü ilə qanadlı raketlərin manevr qabiliyyətini birləşdirən hipersonik silahlar ənənəvi raket texnologiyalarından fərqli olaraq hədəflərini təəccübləndirə və müdafiə sistemlərindən yayına bilir.