vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
17:22 | 2 aprel 2024 | Çərşənbə axşamı Məqaləyə 532 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya ordusunda kritik dəyişiklik

Hərbi Dəniz Qüvvələrinə və Qara Dəniz Donanmasına iki təyinat

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın müdafiə naziri Sergey Şoyqu admiral Aleksandr Moiseyevin Rusiya Hərbi Dəniz Qüvvələrinin yeni komandanı təyin edildiyini açıqlayıb.

Rusiyanın müdafiə naziri Şoyqu nazirlik rəsmiləri ilə görüşdə çıxışında orduda yüksək səviyyəli təyinatlar barədə məlumat verib.

Moiseyevin Rusiya Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edildiyini bildirən Şoyqu Qara Dəniz Donanmasının komandanı olaraq vitse-admiral Sergey Pinçukun təyin edildiyini bildirib.

Sözügedən təyinat qərarlarının Rusiya prezidenti Vladimir Putin tərəfindən imzalandığını bildirən Şoyqu, “Siz çiyinlərinizə düşən böyük məsuliyyətin fərqindəsiniz. Ümid edirəm ki, Ali Baş Komandan tərəfindən qarşınıza qoyulan vəzifələrin öhdəsindən gələcəksiniz”, – deyib.

2018-ci ildə Qara Dəniz Donanmasının komandanı olan Moiseyev 2019-cu ildən Şimal Donanmasının komandiri olub.