vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
AMERİKA  
16:44 | 3 aprel 2024 | Çərşənbə Məqaləyə 835 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Onlar insan deyil”

Tramp ölkədəki qeyri-qanuni mühacirləri hədəfə alıb

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp noyabrın 5-də keçiriləcək yarış öncəsi seçki kampaniyalarını sürətləndirib. Ətrafına toplaşan bəzi hüquq-mühafizə orqanları əməkdaşları ilə çıxışında Tramp ölkəyə qanunsuz yolla daxil olan şübhəlilərlə bağlı cinayət işlərinə toxunub və seçkilərdə qalib gəlmədiyi təqdirdə “zorakılıq və xaosun Amerikanı bitirəcəyi” xəbərdarlığını edib. Daha sonra Viskonsin ştatında etdiyi çıxışda Tramp 2024-cü il seçkilərini ölkənin “son savaşı” adlandırıb.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Miçiqan ştatında etdiyi çıxışda ölkəsindəki qeyri-qanuni yaşayan mühacirləri “heyvan” adlandırıb. Çıxışını “Baydenin sərhəd qırğını” adlandıran Tramp, kampaniya zamanı tez-tez işlətdiyi aşağılayıcı ifadələri təkrarlayıb və bu mühacirləri “insan deyil” olaraq xarakterizə edib.

Seçki çıxışlarında Tramp iddia edib ki, Meksika sərhədini qeyri-qanuni yollarla keçən mühacirlər öz ölkələrindəki həbsxanalardan və ruhi xəstəxanalardan qaçaraq ABŞ-da zorakı cinayətləri artırırlar.

ABŞ-da qeyri-qanuni olaraq yaşayan venesuelalı mühacir tərəfindən öldürüldüyü iddia edilən 22 yaşlı tibb bacısı tələbəsi Laken Riley ilə bağlı şərh verən Tramp bəzi mühacirlərin “insandan daha aşağı” səviyyəli olduğunu bildirib.

2017-2021-ci illər arasında prezident olan Tramp, “Demokratlar deyir: “Xahiş edirəm, onlara heyvan deməyin. Onlar insandır”. Mən də “Yox, onlar insan deyillər, heyvandırlar” deyirəm”, – deyib.

Tramp ötən ay qeyri-qanuni yollarla ölkədə olan şübhəli şəxs tərəfindən Miçiqan ştatının Qrand Rapids şəhərində öldürülən 25 yaşlı Rubi Qarsianın ailəsi ilə görüşdüyünü açıqlayıb. Yerli mətbuatın yazdığına görə isə, Qarsianın bacısı keçmiş prezident Trampın ailəsi ilə görüşdüyü iddiasını təkzib edib.

Tədqiqatçıların fikrincə, ABŞ-da qeyri-qanuni yaşayan insanların zorakı cinayət nisbəti ölkədə doğulmuş vətəndaşlardan daha yüksək deyil.

“Donald Tramp ölkəmizdə parçalanma, nifrət və zorakılığı təşviq edən ifrat ritorika ilə məşğul olur”, – hazırkı prezident Co Baydenin seçki kampaniyasının rəsmisi Maykl Tayler jurnalistlərə bildirib. O, sözləri ilə Trampı günahlandırıb.

“Reuters/Ipsos”un fevralın sonunda dərc etdiyi sorğuda respublikaçıların 38 faizi və müstəqillərin təxminən beşdə biri “immiqrasiya”ya ölkənin ən vacib məsələsi kimi baxdıqlarını bildirib.

Tramp tez-tez immiqrantların ABŞ-da zorakı cinayətlərin artmasına səbəb olduğunu iddia edir, lakin sübut təqdim etmir. Nəhayət, o, Latın Amerikası ölkələrinin öz cinayətkarlarını qəsdən ABŞ-a göndərməsi iddiasını təkrarlayıb. Amerika mətbuatı Trampın iddiasının da “əsassız” olduğunu bildirib.