Yeni Kaledoniya və istilaçı Fransa
Kiçik tarixi, iqtisadi araşdırma
Eldəniz ƏMİROV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Makron NATO-ya inanmır?
Fransa prezidenti yenə “ortaq Avropa müdafiəsi”ndən dəm vurur
-
Depardye həbs olunub
Məşhur aktyor yenə cinsi təcavüz ittihamı ilə üzləşib
-
Afrikada Fransa antipatiyası
Burkina Fasoda üç diplomat deportasiya edilib
-
Hotelin altından 640 illik qala tapılıb
Xəndəklənmiş binada sikkələr, zinət əşyaları ilə yanaşı mebel də olub
-
Le Pen qəyyumluğa götürüldü
Fransa ifrat sağçı partiyanın liderliyi atadan qızına ötürülüb
-
Dezinformasiya yayanlara sanksiya
Fransa XİN Rusiya şirkətlərini hədələdi
-
Avropada traktor inqilabı
Qitənin inkişaf etmiş ölkələrinin fermerləri üsyana qalxıb
-
Fransanın qatı ermənipərəst baş naziri
Attalın yəhudi əsilli olması heç nəyi dəyişmir
-
Pis deyil, Pive ilə gedər...
... Yaxud “Nansy” arasında bağlılıq
-
Ya fransız olun, ya da fransız...
Cinsi azlıqlara haqq tanıyan Makron, etnikləri gömür
-
Fransada dəhşətli yanğın
Çoxlu insan, o cümlədən uşaqlar həlak olub
-
Makrona maxinasiya şoku
“McKinseygate” qalmaqalı ilə bağlı araşdırmalar başladı
-
“Onsuz da öyrənmək çətindir”
Bricit Makron fransızcanın müdafiəsində ...
-
La-Manşda qayıq batıb
30-50 arası miqrantın axtarışına başlanılıb
-
AİHM Fransanı təqsirli bilib
Rəsmi Paris hər ailəyə 7150 avro təzminat ödəyəcək
Bu gün Fransanın “bizimdir” deyə zəbt etdiyi Yeni Kaledoniyada insan 3500 il əvvəl məskunlaşıb. Həmin vaxt nəinki Napoleonun babasının babası, heç Karolinqlər sülasənin və ya Merovinqlər sülaləsinin əcdadları da yox idi.
Dünyada bizim bayrağa bayrağı ən çox bənzəyən Yeni Kaledoniya Sakit okeanda, Avstraliya materikinin şərqində, Yeni Zelandiyanın şimalında yerləşir. (Aydın görünməsi üçün ərazisini xəritədə sarı rənglə və oxla qeyd etmişəm).
Buranı 1774-cü ildə ingilis səyyahı Ceyms Kuk kəşf edib və öz əcdadlarının vətəni Şotlandiyanın qədim adı ilə adlandırıb. Bundan 79 il sonra isə Fransa buranı tam zəbt edərək, öz mülkü elan edib.
Fransa Yeni Kaledoniyanı həm strateji hərbi mövqeyinə görə, həm də təbii resurslarına görə caynağından buraxmaq istəmir. Çünki Yeni Kaledoniyanın iqtisadiyyatı əsasən nikel hasilatından ibarətdir. Eyni zamanda dəmir yataqları ilə zəngindir. Bundan əlavə, burada xrom, kobalt, manqan, gümüş, qızıl, qurğuşun, mis filizlərinin də yataqları var.
İqtisadiyyatında nikel və dəmir mədənçıxarma, əlvan metallurgiya, balıqçılıq üstünlük təşkil edir. Turizm isə nikel hasilatından sonra ən gəlirli sahə hesab edilir. Kənd təsərrüfatında qəhvə və kokos ağacları, kartof becərilməsi üstünlük təşkil edir.
Əsas ixrac məhsulları ferronikel, nikel filizi və balıq, əsas alıcıları isə Çin (30 faizdən çox) və Yaponiyadır (15 faizdən çox). Daha sonra Cənubi Koreya, Avstraliya, Fransa və Belçikadır.
Əsas idxal məhsulları isə maşın və avadanlıqlar, yanacaq, kimyəvi maddələrdir. İdxal etdiyi ölkələr arasında isə 1/3 hissədən çoxu Fransanın payına düşür. Daha sonra Avstraliya, Cənubi Koreya, Sinqapur, Malayziyadır.
Göründüyü kimi bütün dünyaya mal ixrac edən Çin Yeni Kaledoniyaya əsas idxalçı arasında yoxdur. Bunun da əsas səbəbi Fransadır. Çünki, bütün sərvətləri talayan Fransa Yeni Kaledoniya daşıdığı sərvətin əvəzində çox aşağı ödənişlər edir. Daha sonra bu pulu da yenidən Fransaya qaytarmaq üçün öz 3-cü, 4-cü növ keyfiyyətsiz məhsullarını Yeni Kaledoniyaya ixrac edir. Buna görə də Yeni Kaledoniyanın idxalında uzaq Fransanın payı 40 faizə çatır, yaxınlıqdakı Çindən idxal isə cəmi 4 faiz ətrafındadır. Halbuki, Fransanın özü Çindən 2022-ci ildə 51,75 milyard ABŞ dolları həcmində məhsul idxal edib.
Buna görə də Fransa müstəmləkəçılık siyasətindən əl çəkmək istəmir. Amma Yeni Kaledoniya mütləq bir gün müstəqil olacaq.