vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
REGİON  
21:59 | 1 aprel 2024 | Bazar ertəsi Məqaləyə 165 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

150 minlik ordu

Rusiyada növbəti səfərbərlik üçün yaş həddi artırıldı

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya prezidenti Vladimir Putin 150 min vətəndaşın məcburi hərbi xidmətə çağırılmasını tələb edən fərman imzalayıb.

Rusiyada 18 yaşından yuxarı bütün kişilər üçün ali təhsil müddətində bir illik, digər halda isə iki illik məcburi hərbi xidmət qanuni tələbdir.

Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, Moskva hərbi səfərbərlik işini davam etdirir. Ötən iyul ayında Rusiya parlamentinin aşağı palatası hərbi xidmətə çağırılma üçün yuxarı yaş həddini 27-dən 30-a qaldırıb. Yeni qanunvericilik 2024-cü il yanvarın 1-dən qüvvəyə minib.

Rusiyada məcburi hərbi xidmət uzun müddətdir həssas məsələ olub. Ölkədəki yaşları 30-dan az olan kişilər çağırış vərəqələrini almamaq və hərbi xidmətdən yayınmaq üçün cəhdlər edirlər.