vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
15:22 | 2 aprel 2024 | Çərşənbə axşamı Məqaləyə 294 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tanekoya PUA zərbələri

Ukrayna Rusiyanın əsas neft emalı zavodunu vurdu

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

Cəbhə xəttindən 1300 kilometr aralıda yerləşən Rusiyanın əsas neft emalı zavodu Ukraynaya məxsus PUA ilə vurulub. Ukrayna kamikadze-dronları Taneko zavodu ilə yanaşı, bir çox hərbi hədəflərə də xeyli ziyan vurub.

Moskvanın əsasən sənayeləşmiş bölgəsi olan Tatarıstan respublikasının rəhbəri Rüstəm Minnihakov Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının səhər saatlarında bölgədəki hədəflərə hücumu nəticəsində bir neçə nəfərin yaralandığını açıqlayıb.

Rusiyanın RİA xəbər agentliyində yer alan xəbərə görə, ölkənin elektron müharibədən müdafiə sistemləri Nijnekamskda yerləşən “Tatneft”ə məxsus Taneko neft emalı zavodunun yaxınlığında bir PUA-nı zərərsizləşdirib. RİA-da yayılan xəbərlərdə neft emalı zavodunda baş verən yanğının 20 dəqiqə ərzində söndürüldüyü və hasilatın kəsilmədiyi bildirilib.

Hücumun görüntülərində PUA-nın zavodun əsas emal bölməsi olan CDU-7-yə dəydiyi görünür. Bu partlayış Ukraynanın bu günə qədər sərhəddən ən uzaq məsafədə – Rusiya ərazisi dərinliklərində həyata keçirdiyi hücumdur.

Rusiyanın ən böyük və ən yeni neft emalı zavodlarından biri olan Taneko gündə 360 min barel istehsal gücünə malikdir.