vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
16:14 | 3 aprel 2024 | Çərşənbə Məqaləyə 779 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Kerç partlayacaq”

Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna dəfələrlə PUA və pilotsuz dəniz vasitələrinin vurduğu Kerç körpüsünü dağıdacaqları tarixi açıqlayıb. Hakimiyyət Rusiya ilə Krım arasında yeganə əlaqə nöqtəsini dağıtmağı iyun ayında həyata keçirəcək.

Rusiya işğalının səkkizinci ayında Vladimir Putinin 2014-cü ildə zəbt etdiyi Krım yarımadası ilə Rusiyanı birləşdirən Kerç körpüsünün partladılması ilə müharibədə görünməmiş problem baş verib. Əvvəlki aylarda Qara Dəniz Donanmasının flaqmanı Moskvanı raketlərlə batıran və limanlarda lövbər salmış Rusiya hərbi gəmilərinə hücum edən ukraynalılar işğalçılara qarşı ən cəsarətli addımlarını atıblar.

Vladimir Putinin ən prestijli layihəsi olan Kerç boğazı körpüsü ukraynalılar arasında Kremlin işğalını simvolizə edən “nifrət körpüsü” kimi tanınır. Putinin 70 illik yubileyindən bir gün sonra səhər saatlarında onlarla kilometr uzaqdan partlayış səsi eşidilib. Partlayışdan sonra qara tüstü səmaya qalxıb. Körpünün bir hissəsi Qara dəniz sularına qərq olub, qatarların keçdiyi hissədə güclü yanğın başlayıb. Ukraynalıların Krım körpüsünü hədəf alması Putini ciddi taktiki dəyişiklik etməyə sövq edib. Rusiya ordusu 2022-ci il oktyabrın 8-dən başlayaraq aylar ərzində Ukraynanın kritik infrastruktur və enerji obyektlərini uzaqmənzilli raketlərlə vurub. Rus işğalçılarının raket yağışı şəhərləri xarabalığa dönmüş ukraynalıların qışını çox çətin keçirdi.

“The Guardian” qəzetində dərc olunan xəbərdə Ukraynanın son PUA hücumlarına diqqət çəkilib. Kiyev administrasiyası sərhəddən təxminən 700 kilometr aralıda Rusiyanın pilotsuz uçuş aparatları istehsal edən zavodunu vurub. Ukrayna da son aylarda Kerç körpüsünə PUA hücumlarına başlayıb. Ukrayna hərbi qüvvələrinin rəsmiləri qəzetə bildirib ki, Kerç körpüsünün dağılması qaçılmazdır və iyuna işarə edərək, ilin birinci yarısının sonuna qədər bunu etməyi planlaşdırırlar. Səlahiyyətlilər həmçinin hücumun PUA-lar və pilotsuz dəniz nəqliyyat vasitələri ilə həyata keçiriləcəyini bildiriblər.

Kerç körpüsü Rusiya ilə Krımı birləşdirən yeganə körpüdür və Ukrayna hətta Krımı geri almaqla müharibəyə son qoymağı planlaşdırır. Rusiya körpünün mühafizəsi, zenit müdafiəsinin gücləndirilməsi və daxil olan idarə olunan raketlər üçün yem kimi “hədəf barjı”nın yerləşdirilməsi üçün geniş tədbirlər həyata keçirdi.

Digər tərəfdən, Ukrayna son 5 ayda Moskvanın Qara dəniz donanmasına aid 7 desant kateri və iri gəmiləri suya qərq edib. Sonuncu, “Sergey Kotov” gəmisi Kerç körpüsünün cənubunda patrul apararkən, partlayıcı maddələrlə yüklənmiş 10 Ukraynaya məxsus “Magura V5” amfibiya pilotsuz təyyarəsinin iştirakı ilə gecə reydi zamanı batırılıb. Körpü uçarsa, Moskva Ukraynaya qurudan hərbi ləvazimat çatdırmaq məcburiyyətində qalacaq və açıq hədəfə çevriləcək.