vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
BÖHRAN  
10:15 | 2 aprel 2024 | Çərşənbə axşamı Məqaləyə 194 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İki general öldürüldü

İsrail İranın Dəməşqdəki konsulluğunu vurdu, Tehranda nümayişlər

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

İsrailin İranın Dəməşqdəki konsulluğunun binasına endirdiyi hava zərbəsi nəticəsində İnqilab Keşikçiləri Ordusunun (SEPAH) komandirlərindən iki general – Məhəmməd Rza Zahidinin öldüyü bildirilib.

İranın yarı rəsmi “Təsnim” xəbər agentliyi SEPAH komandirlərindən Zahidi vaxtilə Qüds Qüvvələrinin Suriya və Livanda xidmət göstərən zabiti olub. Digər tərəfdən, korpusun Dəməşqdəki diplomatik missiyasına “İsrail tərəfindən” həyata keçirilən hücumda həlak olanlar arasında daha bir general və beş üzv olduğunu açıqlayıb. SEPAH İranın Dəməşqdəki konsulluq binasına hücumla bağlı yazılı açıqlama yayıb. Açıqlamada İsrailin İranın Dəməşq şəhərciyindəki səfirliyindəki konsulluq binasına raket hücumu təşkil etdiyi, hücumda generallardan Məhəmməd Rza Zahidi, briqada generalı Məhəmməd Hadi Hacı Rəhimi və 5 məmurun həyatını itirdiyi təsdiqlənib. Hücumda həyatını itirənlər – Hüseyn Emanullahi, Mehdi Celaleti, Muhsin Sədakat, Əli Ağa Babayi və Əli Salihi Ruzbehani olduğu açıqlanıb.

 

İsraildə həyəcan

 

SEPAH komandirlərinin öldürülməsindən sonra İsrailin diplomatik missiyalarında həyəcan təbili çaldığı bildirilib. “Kanal 12”nin İsraildən verdiyi xəbərə görə, Qüds qüvvələrinin keçmiş zabitinin Suriyadakı hava hücumunda həlak olmasından sonra Tel-Əviv administrasiyası diplomatik nümayəndəliklərində həyəcan siqnalı verib. Bildirilib ki, İsrail təhlükəsizlik orqanları İranın İsrailin dünyadakı diplomatik nümayəndəliklərinə hücum edərək sui-qəsdə cavab verə biləcəyini ehtimaledib. Suriyada buna aid edilən digər hücumlarda olduğu kimi, Təl-Əviv administrasiyası İranın Dəməşqdəki konsulluğunun binasına edilən hücumun məsuliyyətini rəsmi olaraq üzərinə götürməyib.

Həmin hadisədən sonra İranın Suriyadakı səfiri Əkbəri bildirmişdi ki, İsrail “F-35” döyüş təyyarələrindən atılan 6 raketlə İranın Dəməşqdəki səfirliyinin ərazisindəki konsulluq binasını hədəf almışdı. Hücum zamanı aralarında diplomat və hərbi müşavirlərin də olduğu ən azı 5 nəfərin öldüyünü ifadə edən səfir, dağıntıların təmizlənməsi işlərindən sonra həyatını itirənlərin dəqiq sayı və adlarının açıqlanacağını bildirmişdi. İran səfiri hücuma “tez, birbaşa və güclü” cavab verəcəklərini bildirərək İsrail dövlətini hədələmişdi.

 

Amerika bəyanat gözləyir

 

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller İsrailin İranın Dəməşqdəki konsulluğuna hücumunu təsdiq və ya təkzib etməsə də, “Mən bu hücumla bağlı konkret şərh verməyəcəyəm, çünki nəticəyə gəlmək üçün (bölgə ölkələrindən) daha çox məlumat əldə etməliyik. Ümumi “Prinsipial olaraq, əlbəttə ki, regionda gərginliyin artması bizi narahat edir”, – deyib. Miller gündəlik mətbuat brifinqində İsrailin Dəməşqdəki İran konsulluğuna hücumu ilə bağlı dəyərləndirmələr edib. Hücumu gördüklərini, lakin bu mərhələdə İsrail və bölgənin müvafiq ölkələri ilə danışıqların davam etdiyini bildirən Miller, hadisəylə bağlı dəqiq məlumat toplamağa çalışdıqlarını bildirib. Hücumun İsrail tərəfindən həyata keçirildiyini təsdiq və ya təkzib etməyən Miller, əlaqədar tərəflərlə görüşdükdən sonra hücumu edənin kimliyi və bunun bölgə üçün nə məna kəsb edə biləcəyi ilə bağlı qiymətləndirmə aparacaqlarını bildirib.

 

SEPAH generalı Məhəmməd Rza Zahidi kimdir?

 

Suriyanın paytaxtı Dəməşqdəki İran konsulluğuna hücumda həyatını itirən SEPAH-ın Qüds Qüvvələrinin komandirlərindən, briqada generalı Məhəmməd Rza Zahidi Suriyada və Livanda məsul olduğu kritik vəzifələrlə tanınır. Zahidi 1960-cı il noyabrın 2-də İranın İsfahan şəhərində anadan olub. 1980-ci ildə SEPAh-a qoşulan Zahidi İran-İraq müharibəsində səhra komandiri olub. 1986-1991-ci illərdə İmam Hüseyn 14-cü diviziyasının komandiri vəzifəsini icra edən Zahidi, 1995-ci ildə SEPAh-ın Hərbi Hava Qüvvələrinin komandanı olaraq qısa müddətə xidmət edib. 2005-2008-ci illərdə korpusun quru qoşunlarının komandanı vəzifəsini icra edən Zahidi 2008-2016-cı illərdə Qüds qüvvələrində fəaliyyət göstərib, Suriya və Livanda xidmət edən SEPAH komandiri olub. Zahidi 2016-2019-cu illərdə SEPAH-ın əməliyyatlar komandanının müavini vəzifəsində çalışıb. İran mediasında dərc olunan görüntülər arasında Zahidinin İranın yüksək rütbəli komandirləri, xüsusən də Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında ABŞ-ın hücumu zamanı öldürülən SEPAH-ın Qüds qüvvələrinin komandanı general Qasım Süleymani və eyni komandirin hazırkı komandiri İsmayıl Qaani ilə müxtəlif tarixlərdə dərc edilmiş fotoşəkilləri yer alıb.

 

İranda etirazlar

 

Suriyanın paytaxtı Dəməşqdəki konsulluğuna hava hücumu nəticəsində SEPAH-ın Qüds qüvvələrinin komandirlərindən general Məhəmməd Rza Zahidi, briqada generalı Məhəmməd Hadi Hacı Rəhimi və daha 5 rəsmi şəxs ölümü ilə naticələnən bombalı hücumdan sonra Tehranda İsrail əleyhinə nümayiş keçirilib. Paytaxtın Fələstin meydanına toplaşan yüzlərlə iranlı “ABŞ-a ölüm”, “İsrailə ölüm” şüarları səsləndirərək qisas almağa çağırıblar. Hücumların arxasında ABŞ-ın olduğunu iddia edən nümayişçilər konsulluğa edilən hücuma da cavab verilməsini tələb ediblər. Hücuma reaksiya verən nümayişçilər tez-tez “Raketə qarşı raket” şüarını səsləndirərək, İsrailə raket atılmalı olduğunu bildiriblər. Fələstin və Hizbullah bayraqları daşıyan nümayişçilərin simvolik uşaq cəsədləri tutması diqqət çəkib.