vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
15:11 | 10 avqust 2017 | Cümə axşamı Məqaləyə 2658 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyə Rusiyanı hədələdi

«Cavab tədbirləri görəcəyik»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Rusiya Türkiyədən pomidor idxalına qoyulan qadağanı aradan qaldırmasa, Ankara sərt cavab tədbirləri görəcək». APA TV-nin məlumatına görə, bu bəyanatla Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi çıxış edib.

Nazir bildirib ki, hazırda yerli tərəvəz istehsalçıları hökumətə ciddi təzyiq edir: «Hökumət bu təzyiqləri azaltmaq üçün müəyyən addımlar atmağa məcburdur. Artıq belə davam edə bilməz» deyə Zeybəkçi bildirib.

Xatırladaq ki, Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçev bəyan edib ki, ölkəsi Türkiyədən pomidor məhsulları idxal etməyi planlaşdırmır.

İyunun əvvəllərində Rusiya hökuməti Türkiyədən üzüm, armud, çiyələk, böyürtkən, alma və xiyar idxalına qoyulan qadağanı ləğv edib. Pomidor idxalına qoyulan qadağa isə hələ də qüvvədədir.