vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
SƏHİYYƏ, ORDU  
15:49 | 3 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 3396 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Arağın tərkibinə dərman qatırlar ki...

«Alkoqolizm narkoloji xəstəliklərin ən ağırıdır»

ÜLVİYYƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

«Təəssüf ki, hələ də alkoqolizmi çox zəif və əhəmiyyətsiz xəstəlik hesab edirlər. Halbuki, alkoqolizm narkoloji xəstəliklərin ən ağır formasıdır. Çünki alkoqol orqanizmə düşdüyü andan hüceyrələrə öldürücü təsir etməyə başlayır».

Bunu virtualaz.org saytına özəl açıqlamasında Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov deyib. Şöbə müdirinin sözlərinə görə, son vaxtlar qanunsuz qazanc məqsədilə etil spirtindən deyil, məişətdə istifadə edilən cihazların təmizlənməsi üçün nəzərdə tutulmuş texniki spirtdən (metanoldan) araq hazırlayırlar. «Bu içkilərin tərkibinə müxtəlif dərman vasitələri qatırlar ki, reaksiya verməsin. Həmin içki etil spirtindən hazırlanmış araqdan kəskin dərəcədə fərqli olur. İnsanın sinir sisteminə daha öldürücü təsir göstərir. Rusiyada araqdan ölüm halları da buna görə baş vermişdi», - P.Məmmədov söyləyib.

Həkim ucuz spirtli içkilərdən uzaq durmağı tövsiyə edib. P.Məmmədov deyir ki, Rusiyadan fərqli olaraq, Azərbaycanda xəstələr arasında odekolon içən, yemişan dəmləməsindən istifadə edənlərlə qarşılaşmayıb. Amma ürək xəstəliklərinin müalicəsində istifadə edilən «Korvalol» damcısından asılı vəziyyətə düşənlər var. «Ürək damcısının tərkibində narkotik tərkibli maddələr var. Bu da asılılıq yaradır», - şöbə müdiri deyib.